AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№60 / 15.01.1992

Keçmiş SSRİ Gömrük Komitəsinin Azərbaycan Gömrük İdarəsinin Azərbaycan Respublikasının tabeliyinə keçirilməsi haqqında

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı

Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını rəhbər tutaraq Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:

1. Keçmiş SSRİ Gömrük Komitəsinin Azərbaycan Gömrük İdarəsi Azərbaycan Respublikasının tabeliyinə keçirilsin.

2. Azərbaycan Respublikasının Prezidentinə tövsiyə edilsin ki, Azərbaycan Respublikasının Gömrük Komitəsi yaradılması məsələsinə baxsın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E.QAFAROVA

Bakı şəhəri, 15 yanvar 1992-ci il

№ 60

«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (15 fevral 1992-ci il, № 3(856), maddə 39) («AzerSoft»).

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az