№761 / 06.12.1993 Bəzi neft məhsullarının aksiz dərəcələrinin dəyişdirilməsi haqqında
Bəzi neft məhsullarının aksiz dərəcələrinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
«Aksizlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə müvafiq olaraq bəzi neft məhsullarının aksiz dərəcələrinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərara əlavədə göstərilən təkliflərinə razılıq verilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV
Bakı şəhəri, 6 dekabr 1993-cü il
№ 761
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 684) («AzerSoft»)
«Bəzi neft məhsullarının aksiz dərəcələrinin dəyişdirilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 6 dekabr tarixli 761 saylı qərarına
Əlavə
|
Malın adı |
Aksiz dərəcəsi |
|
Təyyarə benzini |
12,1 |
|
Avtomobil benzini: Aİ-92, Aİ-93 |
45,9 |
|
A-72, A-76 |
51,9 |
|
Reaktiv mühərrik yanacağı |
61,6 |
|
Dizel yanacağı |
48,1 |
|
Sürtgü yağları |
11,3 |
|
Koks |
0 |
© AzerSoft










