Qəbul günləri
Babayev İqbal Alıcan oğlu
Babayev İqbal Alıcan oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Gömrük xidməti general-mayoru, Texnika elmlər doktoru, Professor.

1964-cü ildə Yardımlı rayonunda anadan olmuşdur.
1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirmişdir.
1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri almışdır.
1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim;
1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent;
1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri;
2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru;
2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini;
2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyir.
6 monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifidir.
Avropa, Amerika və Asiyanın 60-a yaxın ölkələrində elmi seminarlarda və konfranslarda iştirak etmiş və elmi məruzələri ilə çıxış etmişdir.
Kiyev İnşaat və Memarlıq Milli Universitetinin elmi şurasının qərarı ilə "Fəxri professor" adı verilmiş və Azərbaycan Texniki Universitetinin professoru vəzifəsinə təyin edilmişdir.
BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür və MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının İnformasiya Texnologiyaları üzrə işçi qrupunun rəhbəri təyin edilmişdir.
Evlidir, iki övladı var.

Telefon:
Tel.: +99412 404-22-06

Fax:
+99412 404-22-52

Email:
igbal.babayev@customs.gov.az

Qəbul günləri:
bazar ertəsi