Qəbul günləri
Qaralov Səməd Əsəd oğlu
Qaralov Səməd Əsəd oğlu
Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin rəisi, Gömrük xidməti polkovniki , Iqtisad elmlər namizədi

5 dekabr 1960-cıildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Ormeşən kəndində anadan olmuşdur.

1977-ci ildə Ormeşən orta məktəbini əla qiymətlərlə bitirmişdir.

1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsalat Proseslərinin Avtomatlaşdırılması fakultəsinin "Tətbiqi riyaziyyat" ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

1982-1984-cü illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.

1985-1991-ci illərdə Gürcüstan Respublikasının Dmanisi Rayon İcra Hakimiyyətində Dmanisi rayonu Mülki-Müdafiə qərargahının rəisi işləmişdir.

1991-1998-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mədən geologiyası" kafedrasında çalışmışdır.

1998-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Maliyyə və Tarif şöbəsinin böyük inspektoru kimi fəaliyyətə başlamış və sonradan:

2000 – 2009-cu illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət şöbəsinin əvvəlcə böyük və sonra baş inspektoru;

2009 – 2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Ticarət Dövriyyəsində Yüklərə Nəzarət şöbəsinin rəisi;

2015-2018-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin müavini;

2018-ci ilin 6 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC), Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə (TRASEKA) aid layihənin, İqtisadi Əməkdaşlıq Təşkilatının(İCO) eksperti olmuşdur.

2001-2004-cü illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasını əla qiymətlərlə, fərqlənmə diplomu ilə bitirmiş və Akademiyanın rəisinin əmri ilə Akademiyanın fəxri kitabına daxil edilmişdir.

2004-cü ildə Rusiya Gömrük Akademiyasında "Risk faktorlarını nəzərə almaqla Azərbaycan gömrük xidmətində idarə etmənin təkmilləşdirilməsi" mövzusu üzrə dissertasiya müdafiə edərək iqtisad elmlər namizədi elmi dərəcəsi almışdır.

20-yə qədər elmi məqalənin müəllifidir.

Bir çox elmi seminarlarda və konfranslarda olmuş və elmi məruzələri ilə çıxış etmişdir.

24 yanvar 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" Azərbaycan Respublikasının medalı ilə, 25 may 2012-ci il tarixdə Komitə Sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalı ilə, 30 yanvar 2017-ci il tarixdə Komitə Sədrinin müvafıq əmri ilə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 2 (iki) övladı var.


Telefon:
+99412 404-22-00

Email:
semed.qaralov@customs.gov.az

Qəbul günləri:
Hər həftənin çərşənbə günü