Qəbul günləri
Qasımov Kamil Rza oğlu
Qasımov Kamil Rza oğlu
Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsi, Gömrük xidməti polkovniki

23 yanvar 1960-cı ildə Naxçıvan M.R. Babək rayonunun Çeşməbasar kəndində müəllim ailəsində anadan olmuşdur.

1977-1982-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakultəsini əla qiymətlərlə bitirmişdir.

1982-cı ildə göndərişlə Qazaxstanın Alma-Ata,Çimkent və Cambul şəhərlərində müxtəlif vəzifələrdə işləmişdir.

1982-1984-cü illərdə Uzaq Şərqdə hərbi qulluqda olmuşdur. Təyyarələr və mühərrikləri üzrə (CD) xüsusi kurs bitirmişdir

1984-1996-cı illərdə Sənaye-Tikinti Nazirliyinin 5 №-li Trestinin Evtikmə Kombinatında iş ustası,iş icraçısı,baş mühəndis vəzıfələrində işləmişdir.

Azərbaycan Respublıkası Dövlət Gömrük Komitəsi Sədrinin 12 iyun 1996-cı il tarixli əmri ilə Komitənin Əsaslı Tikinti və Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

1997-ci ildən həmin idarənin rəisi vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Telefon:
+994 12 404-22-21

Email:
kamil.qasimov@customs.gov.az

Qəbul günləri:
cümə axşamı