Qəbul günləri
Muxtarov Sənan Əli oğlu
Muxtarov Sənan Əli oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi, Gömrük xidməti polkovniki

1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində müəllim ailəsində anadan olmuşdur.

İlk əmək fəaliyyətinə 1976-cı ildə Bakı Şin Zavodunda başlamışdır.

1977-ci ilin noyabr ayından 1979-ci ilin noyabr ayınadək ordu sıralarında xidmət etmişdir.

Hərbi xidməti başa vurduqdan sonra 1990-cı ilin yanvar ayınadək həmin zavodda əmək fəaliyyətini davam etdirmişdir.

1990-cı ilin yanvar ayından 1992-cı ilin iyul ayınadək bir sıra idarə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir.

1980-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1986-cı ildə qeyd olunan təhsil müəssisəsini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir.

1992-cı ilin iyul ayından Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.

Telefon:
+994 12 404-22-40

Email:
senan.muxtarov@customs.gov.az

Qəbul günləri:
cümə