Qəbul günləri
Mehdiyev Səfər Məmməd oğlu
Mehdiyev Səfər Məmməd oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı

1973-cü il martın 17-də Naxçıvan MR, Babək rayonu Nehrəm kəndində anadan olmuşdur.

Orta təhsili başa vurduqdan sonra 1991-1993-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.

1993-1998-ci illərdə Türkiyənin EGE Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsində təhsil alaraq həmin universiteti beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə, Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır.

1999-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır.

2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir.

23 Aprel 2018-ci ildən Azərbaycan Respublikası prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinə təyin edilmişdir.

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı, "Vətənə xidmətə görə" ordeni ilə və "Əməkdar dövlət qulluqçusu" fəxri adları ilə təltif edilmişdir

Ailəlidir, 2 övladı var.




Telefon:
+99412 404-22-02

Fax:
+99412 404-22-52

Email:
chairman@customs.gov.az

Qəbul günləri:
Hər ayın axırıncı cümə günü