Qəbul günləri
Fuad Əlizadə Rəhim oğlu
Fuad Əlizadə Rəhim oğlu
Malİyyə və Təchİzat İdarəsİ, Gömrük xidməti polkovniki

Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.

1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, ingilis dili ixtisasına yiyələnmişdir.

2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışmışdır.

2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır.

2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.

2005-2007-ci illərdə əlavə təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil almışdır. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.

2005-2013-cü illərdə Azərbaycan Respublıikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri vəzifəsində çalışmışdır.

14 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində işləmişdir.

13 mart 2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışır.

19 Sentyabr 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışır.

Dövlət qulluğunun baş müşaviridi.

Rus və ingilis dillərində sərbəst danışır.


Telefon:
994124042200