Qəbul günləri
Həsənəliyev Rza Cahangir oğlu
Həsənəliyev Rza Cahangir oğlu
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı

1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlamışdır.

1995-1999-cu illərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, Komitənin İşlər İdarəsinin rəis müavini, sonradan həmin İdarənin rəisi vəzifələrində işləmişdir.

1999-cu ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilmişdir.

Ailəlidir, 1 övladı var.

Telefon:
+99412 404-22-04

Fax:
+99412 404-22-52

Email:
rza.hasanaliyev@customs.gov.az

Qəbul günləri:
Hər ayın I və III həftəsinin cümə günü