“Elektron Gömrük Xidmətləri: Gələyə baxış”
III Beynəlxalq Elmi-Praktiki
KONFRANS
(Bakı şəhəri, 12-13 sentyabr 2011-ci il)
Nəşr olunacaq materiallar kompüter vasitəsilə MS WORD mətn redaktorunun 6-cı və daha yüksək versiyalarından istifadə edilməklə yığılmalı və e-mail vasitəsi ilə conference@customs.gov.az ünvanına göndərilməlidir.
Mətnin həcmi iki səhifədən çox olmamalıdır.
Mətn Times New Roman şriftindən istifadə etməklə 12 pt ölçüsündə, 1,0 intervalda və UTF-8 standartına uyğun şəkildə A4 formatlı vərəqdə yığılmalıdır.
Səhifənin parametrləri aşağıdakılardır:
- Sol, sağ, yuxarı, aşağı sahə - 25 mm olmalıdır;
- Məruzənin başlığı böyük hərflə səhifənin mərkəzində yazılır;
- Növbəti aşağıdakı sətirdə - müəlliflərin adları və soyadları, vəzifələri, elmi dərəcələri (kiçik hərflərlə) göstərilir;
- Növbəti aşağıdakı sətirdə - müəssisə, şəhər, respublika yazılır;
- Sonra bir sətir buraxaraq abzasla - mətn göstərilir.