AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8036

 

EUR   1.0494

GBP   1.2541

 

CHF   0.7726

TRY   0.5311

GEL   0.4367

 

RUR                             0.0266  




Özəl bölmənin inkişafına dövlət dəstəyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir


Özəl bölmənin inkişafına dövlət dəstəyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir
 
Naxçıvan MR Dövlət Gömrük Komitəsində xarici iqtisadi fəaliyyət iştirakçıları ilə görüş keçirilib

 
Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən Məsləhət şurasının xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektləri ilə növbəti görüşü keçirilib.
Komitənin akt zalında təşkil olunan tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov biznes və investisiya üçün əlverişli mühitin yaradılması nəticəsində iqtisadi inkişafda özəl sektorun rolunun sürətlə artdığını deyib. Xarici iqtisadi fəaliyyət iştirakçıları ilə keçirilən görüşün sahibkarların problemlərinin dinlənilməsi, onların həllinə köməkliklər göstərilməsi, qarşılıqlı münasibətlərin daha da dərinləşməsi və ən əsası muxtar respublikanın ixrac imkanlarının dəyərləndirilməsi və yeni ixrac "marşrut"larının müəyynləşdirilməsi baxımından mühüm əhəmiyyət və məqsəd daşıdığını diqqətə çatdıran Komitə sədri özəl bölmənin inkişafına dövlət dəstəyinin iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
A.Məmmədov bu istiqamətdə gömrük orqanları üzərinə düşən vəzifələrdən də danışıb. Bildirilib ki, digər dövlət orqanları ilə birgə əməkdaşlıq çərçivəsində daxili bazarın qorunmasının təkmilləşdirilməsi, süni qiymət artımının qarşısının alınması və tənzimlənməsi, kənd təsərrüfatı məhsullarının, həmçinin, yerli istehsal məhsullarının xarici təsirlərdən qorunması ilə onların istehsalının stimullaşdırılması, keyfiyyətli toxumluq sortlarının, istehsal avadanlıqlarının muxtar respublikaya gətirilməsinə nəzarət olunması, milli sahibkarlığın dəstəklənməsi kimi öhdəliklər uğurla yerinə yetirilir. İqtisadi inkişafın təməl prinsiplərini əhatə edən bu işlərin icrası yeni istehsal sahələrinin yaradılması və inkişafını, əhalinin maddi-rifah halının yüksəldilməsini, daxili bazarın xarici təsirlərdən müdafiəsi ilə onun stimullaşdırılmasını təmin edir.
"Daxili bazarın qorunması gömrük işinin prioritet istiqamətlərindən biridir" mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, Məsləhət şurasının sədri, gömrük xidməti polkovniki Səhət Həbibbəyli dövlət siyasətinin tərkib hissəsi olan bu sahədə həyata keçirilən tədbirlərin blokada şəraitində yaşayan Naxçıvan üçün əhəmiyyətinin daha böyük olduğunu deyib. Vurğulanıb ki, daxili bazarın xarici təsirlərdən qorunması, ilk növbədə, yerli istehsal sahələrinin daxili bazardakı payı nəzərə alınaraq bu sahələrin mühafizəsini, ikincisi, əhalinin məşğulluğunun təmin olunması ilə maddi-rifah halının yüksəldilməsini, üçüncüsü, mövcud xammal bazasının, istehlak bazarında olan tələbatın həcmi əsas götürülməklə bəzi sahələrin inkişaf etdirilməsini və ən nəhayət, yerli istehsal sahələrinin böyüyərək ixracyönümlü olmasını təmin etmək məqsədi ilə həyata keçirilir.
Qeyd olunub ki, yerli istehsal mallarının rəqabət qabiliyyətinin yüksəldilməsi məqsədi ilə xaricdən eyniadlı malların gətirilməsi tarif və ya qeyri-tarif tənzimləmələri ilə məhdudlaşdırılır. Gömrük orqanları tərəfindən bazarın konyukturunun öyrənilməsi yerli və idxal mallarının bazardakı həcminin real mənzərəsinin əldə olunmasına və daxili bazarın qorunması istiqamətlərinin düzgün müəyyənləşdirilməsinə şərait yaradır. Müvafiq dövlət orqanlarından yerli istehsalçılar və onların fəaliyyəti barədə əldə olunan məlumatlar, sahibkarlıq subyektlərinin müraciətlərinin dəyərləndirilməsi daxili bazarın qorunması işini daha da təkmilləşdirir.
S.Həbibbəylinin sözlərinə görə, kənd təsərrüfatı məhsullarının xaricdən gətirilən eyniadlı keyfiyyətsiz mallardan qorunması əmtəə nomenklaturasında göstərilən tarif intervalı daxilində becərilmə dövrü nəzərə alınmaqla həyata keçirilir. Əhalinin əsas məşğulluq sahəsi olan kənd təsərrüfatının gömrük orqanları tərəfindən qorunması ilk növbədə ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi olaraq yerli sahibkarlarda kənd təsərrüfatına olan maraq artır. Kəndli becərdiyi məhsulu sərfəli qiymətlə realizə edə biləcəyinə tam əmin olduğundan muxtar respublikada əkilən torpaqların həcmi ilbəil çoxalır. Dolayısı ilə muxtar respublika bir sıra kənd təsərrüfatı məhsullarının istehsalı üzrə ixtisaslaşır.
Komitə sədrinin müavini xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinə gömrük işi sahəsində yaradılan münbit şəraitdən də danışıb. Qeyd olunub ki, sahibkarlıq subyektlərinin müraciətləri əsasında Azərbaycan Respublikasının digər gömrük orqanlarından muxtar respublikaya malların rəsmiləşdirilməsi məqsədi ilə təyinat verilməsinin, eləcə də hüquqi şəxslərin fəaliyyət göstərdikləri ərazi nəzərə alınaraq xaricdən gətirilən malların bu ərazidə yerləşən gömrük orqanında rəsmiləşdirilməsinin təmin edilməsi, vahid avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiq olunması ilə sərhəddə avtomaşınların qeydiyyatının tez bir zamanda aparılması və yüklərin yubanma hallarının aradan qaldırılması sahibkarlıq subyektləri üçün əlverişli şəraitin yaradılmasına xidmət edir. İş adamları da onlar üçün yaradılan bu şəraitin qarşılığında iqtisadiyyatımızın inkişafı üçün əllərindən gələni əsirgəməməlidirlər. Belə ki, onlar da ümumi inkişafda öz paylarının olmasına çalışmaqla, xarici iqtisadi siaysətimizin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinə kömək etməli, aparılan siyasətə dəstək verməklə, bu işi təkcə dövlət orqanlarında çalışan əməkdaşların vəzifəsi olduğunu düşünməməlidirlər. Muxtar respublikada ixrac potensialının artırılması yolunda işlər genişləndirilməli, idxaldan asılılıq kimi təhlükəli tendensiyanın qarşısı alınmalıdır.
Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tofiq Hüseynov "Gömrük rəsmiləşdirilməsi prosesində qarşıya çıxan çatışmazlıqlar və onların aradan qaldırılması yolları"ndan danışıb. Qeyd olunub ki, gömrük orqanları tərəfindən rəsmiləşdirilmə üçün yaradılan münbit şəraitə baxmayaraq, hələ də xarici iqtisadi fəaliyyət iştirakçısı olan hüquqi və fiziki şəxslər bir çox hallarda mallarını vaxtında bəyan etmir, mal-müşayiət sənədləri yerində olmur, bəzi hallarda bağlanmış müqavilələr beynəlxalq norma və prinsiplərə uyğun gəlmir. Bəzi hallarda xarici əlaqə iştirakçılarının idxal etdikləri aksizli malların rəsmiləşməsi zamanı müvəqqəti ixrac olunan aksiz markaları üçün rəsmiləşmiş yük gömrük bəyannaməsi, milli sertifikatlaşdırma sisteminə uyğun olaraq aksizli malların və digər malların keyfiyyət, uyğunluq və gigienik sertifikatları təqdim olunmur. Müxtəlif firmalar tərəfindən idxal olunan minik avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi zamanı eyni markalı avtomaşınlar üçün təqdim edilmiş faktura və invoyslarda müxtəliflik olur, bəzi hallarda müvəqqəti saxlanc anbarının tələbləri pozulur.
Çıxışlarda mövcud çatışmazlıqların aradan qaldırılması və işin keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı təkliflər də səsləndirilib. Vurğulanıb ki, qarşılıqlı əməkdaşlıq inkişaf etdirilməli, tələb olunan qaydada milli sertifikatlaşma sisteminə uyğun uyğunluq sertifikatları alınmalı, rəsmiləşmə prosesinə bu sahədə təcrübəsi olan məsul şəxslər cəlb edilməli, xarici iqtisadi fəaliyyətlə məşğul olan hüquqi şəxslər tərəfindən gömrük prosedurlarına vaxtında əməl olunmalı, malların müvəqqəti saxlanc anbarlarında yerləşdirilmə şərtlərinə ciddi yanaşılmalı, rəsmiləşdirmə üçün tələb olunan sənədlər əvvəlcədən gömrük orqanları ilə aydınlaşdırılmalıdır.
Çıxışlardan sonra sərhəd keçid məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında tətbiq olunan "bir pəncərə" prinsipinin mahiyyəti ilə bağlı slayd göstərilib.
Sonra xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin iştirakı ilə diskussiya olub. Onların problem və qayğıları dinlənilib, yeni təkliflər səsləndirilib, tövsiyələr verilib.
Tədbirə yekun vuran Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri A.Məmmədov bu cür görüşlərin mütəmadi olaraq keçirilməsinin vacib olduğunu vurğulayıb və xarici iqtisadi fəaliyyətlə məşğul olanlara öz işlərində uğurlar arzulayıb.
 
Rahil Tahirli,
Naxçıvan MR Dövlət Gömrük
 Komitəsinin əməkdaşı
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya