AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri
USD   0.8036

 

EUR   1.0494

GBP   1.2541

 

CHF   0.7726

TRY   0.5311

GEL   0.4367

 

RUR                             0.0266  




Gömrükçü qadınların əməyi yüksək dəyərləndirilir


Gömrükçü qadınların əməyi yüksək dəyərləndirilir
 
Martın 5-də Dövlət Gömrük Komitəsində 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş mərasim keçirilmişdir.

 
Əlamətdar gün münasibətilə gömrükçü qadınları təbrik edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bəşəriyyətin tacı olan, adı cəmiyyətdə uca tutulan, müqəddəs varlıq sayılan qadına xalqımızın həmişə hörmətlə yanaşdığını bildirərək Azərbaycan qadınının ali keyfiyyətlərindən danışmışdır.
 
Komitə sədri demişdir ki, həyatımızın bəzəyi olan qadınlara tale ana olmaq, övladlarını cəmiyyət üçün gərəkli bir insan kimi böyüdüb tərbiyə etmək səadəti nəsib edib. Bu zərif cinsin nümayəndələri həm də cəmiyyətin bütün sahələrində kişilərlə çiyin-çiyinə çalışır, öz əməyi, bacarığı, səriştəsi, davranışı ilə fərqlənirlər.
Dünya qadınları sırasında öz layiqli yerini tutan Azərbaycan qadınının böyük inkişaf yolu keçdiyini, qəhrəman övladlar böyütdüyünü məmnunluq hissi ilə dilə gətirən Aydın Əliyev, müstəqil Azərbaycan dövlətinin həyatının bütün sahələrində uğurlu fəaliyyət göstərən, cəmiyyət quruculuğuna öz dəyərli töhfələrini verən qadınlarımızın əməyini yüksək qiymətləndirmişdir.
İqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətindən də bəhs edən DGK sədri A.Əliyev onlara ailə səadəti, fəaliyyətlərində daha böyük uğurlar arzulamışdır.
Mərasimin sonunda gömrükçü qadınlara bayram hədiyyəsi, gül-çiçək dəstələri təqdim edilmişdir.
DGK Mətbuat Xidməti
 

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya