AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

Futzal üzrə ənənəvi birincilik yekunlaşdı


Yanvarın 6-da Bakı şəhərindəki “Abu Arena” idman sarayındaDövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyinə həsr olunan futzal üzrə birincilik başa çatıb.

Ənənəvi turnirə final və yarımfinal görüşləri ilə yekun vurulub.

Yarımfinal oyunu Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin komandaları arasında keçirilib. Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası 8-5 hesabı ilə qalib gələrək üçüncü yerin sahibi olub.

Final mərhələsində isə Naxçıvan MR Dövlət Gömrük Komitəsi və Astara Gömrük İdarəsinin komandaları qarşılaşıblar. Gərgin keçən oyunda 5-2 hesabı ilə Naxçıvan MR Dövlət Gömrük Komitəsinin  komandası qələbə qazanıb.

Beləliklə, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası I, Astara Gömrük İdarəsinin komandası II,  Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası isə III yerə çıxıb.

Yarışın bağlanış mərasimində iştirak edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev turniri gömrükçülərin həm xidməti, həm də idman həyatında əlamətdar hadisə kimi dəyərləndirib. DGK sədri məhsuldar keçən final və yarımfinal yarışlarında komandaların sərgilədiyi oyunlardan razılığını ifadə edib.

Vurğulanıb ki, Azərbaycanda bütün sahələrə, о cümlədən, idmanın inkişafına daim diqqət və qayğı göstərilir. Bölgələrdə gənclərin idmana axını, ölkəmizdə mötəbər idman yarışlarının təşkili, bu işlərin geniş vüsət alması dövlətin bu sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir.

Mərasimdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov  Dövlət Gömrük Komitəsinin təşkil etdiyi və müxtəlif sahələri əhatə edən yarışların  komitənin idmana,  gənclərin sağlamlığına verdiyi dəyərin bariz nümunəsi olduğunu bildirib.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.

DGK Mətbuat Xidməti




    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az