AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№109 / 09.08.2004

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə

Qərar № 109

Bakı şəhəri, 9 avqust 2004-cü il

«Diplomatik xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 iyun tarixli, 77 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədələri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.23-cü bəndində «rüsumu» sözü «ödənişləri» sözü ilə əvəz edilsin.

II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 4 fevral tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş «Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları»na aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1.4-cü bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:

«Diplomatik xidmət əməkdaşına ödənilən illik məzuniyyət və ya diplomatik xidmət əməkdaşı ilə birlikdə yaşayan onun ailə üzvlərindən birinin ölümü ilə əlaqədar, diplomatik xidmət əməkdaşının və onunla birlikdə yaşayan ailə üzvlərinin Azərbaycan Respublikasına gəlməsi və işlədiyi dövlətə qayıtması üçün nəqliyyat xərclərinin ödənilməsi ezamiyyə xərclərinin normalarını tənzimləyən qüvvədə olan qanunvericilik aktlarının tələblərinə uyğun olaraq həyata keçirilir.».

2.7-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

«Diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsin və onlarla birlikdə yaşayan ailə üzvlərinin cəsədinin Azərbaycan Respublikasına gətirilməsi və bununla bağlı xərclər diplomatik nümayəndəliyin xərclər smetasında müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər dairəsində ödənilir».

III. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli, 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»na dəyişikliklər və əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 176 nömrəli qərarının I bəndinin 4-cü yarımbəndində «rüsumu» sözü «ödənişləri» sözü ilə əvəz edilsin.

IV. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2004-cü il, № 8, maddə 655) («AzerSoft»).


© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az