Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında
Qərar № 11
Bakı şəhəri, 31 yanvar 2005-ci il
Ölkədə sahibkarlığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, daxili bazarın qorunması və «Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistem haqqında» Beynəlxalq Konvensiyaya və göstərilən Konvensiyaya Düzəliş Protokoluna qoşulmaq barədə» Azərbaycan Respublikasının Qanununa əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturu üzrə kodların Beynəlxalq Harmonik Sistemin yeni variantına uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisinə gətirilən aşağıdakı mallar əlavə dəyər vergisindən azad olunur:
1.1. birgə müəssisənin nizamnamə fonduna xarici investorun əmanəti kimi və ya tamamilə xarici investora məxsus müəssisənin yaradılması üçün gətirilən əmlak;
1.2. xarici investisiyalı müəssisənin əcnəbi işçilərinin öz ehtiyacları üçün Azərbaycan Respublikasına gətirdikləri əmlak (işə götürənin arayışı gömrük orqanlarına təqdim olunmaqla);
1.3. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;
1.4. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;
1.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna daxil olan bütün növ avtonəqliyyat vasitələri istisna olmaqla, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kiloqramdan artıq olmayan mallar;
1.6. fövqəladə halların qarşısının alınması və bu halların nəticələrinin aradan qaldırılması məqsədi ilə maddi-texniki təchizat sisteminin yaradılması, seysmik-müşahidə məntəqələrinin və qəza-xilasetmə dəstələrinin yerləşdiriləcəyi bazaların təşkili və onların fəaliyyəti üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının təsdiqedici sənədi əsasında idxal olunan xüsusi texniki vasitələr, avadanlıqlar, cihazlar, alətlər, komplektləşdirici məmulatlar, ehtiyat hissələri, ləvazimatlar və materiallar;
1.7. Azərbaycan Respublikası vətəndaşlarının pasportları və şəxsiyyət vəsiqələri blankları, onların fərdiləşdirilməsi, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin yaradılması və tətbiqi, əl-barmaq izlərinin, güllə və gilizlər üzərindəki izlərin müəyyən edilməsi üçün gətirilən avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, polisə telefon zənglərinin qəbulu üzrə xüsusi «102» xidmətinə — Zəng Mərkəzi Sisteminə (ZMS) daxil olan avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar, dəniz səviyyəsindən 1300 metrdən hündürlükdə yerləşən dağlıq ərazilərdə turizm sahəsində olan investisiya layihələrinin həyata keçirilməsi üçün, ehtiyaclarını yerli xammal və materiallar hesabına ödəmək mümkün olmadıqda, layihə çərçivəsində idxal edilən mallar;
1.8. qanunvericiliyə uyğun olaraq, dövlət müəssisələrini idarə etmək hüququna dair təsdiq edilmiş müqavilələrin icrası ilə bağlı investisiya proqramında istehsalın təşkili üçün nəzərdə tutulmuş mallar;
1.9. aksizli malların aksiz markalarının saxta olub-olmamasını yoxlamaq üçün xüsusi avadanlıqlar (əl detektorları və lampalar), Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən blanklar, onların tətbiqinə nəzarət və istifadəsi üçün müvafiq avadanlıqlar, məmulatlar, ləvazimatlar və materiallar;
1.12. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar avadanlıq və materiallar (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);
1.14. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;
1.15. Gücü 750 meqavatdan artıq olan buxar-qaz elektrik stansiyalarının tikintisi üçün məcmu dəyəri 500 (beş yüz) milyon manatadək olan 84-cü, 85-ci və digər mal qrupları üzrə gətirilən mal və avadanlıqlar;
1.16. Xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla).
2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə dəyər vergisindən azad olunan mallardan başqa «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı» təsdiq edilsin (əlavə olunur).
3. «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 oktyabr tarixli, 468 nömrəli Sərəncamının 3.3-cü yarımbəndinə uyğun olaraq, «Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı» təsdiq edilsin (əlavə olunur).
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda əlavə və dəyişikliklərin edilməsinə yalnız sonrakı il üçün dövlət büdcəsinin layihəsi hazırlandığı dövrdə baxıla bilər.
5. Müəyyən edilsin ki, əlavə dəyər vergisindən azad olunan idxal edilən mallar təyinatı üzrə istifadə olunmadıqda, həmin mallar yenidən bəyan olunmalı və 10 gün müddətində əlavə dəyər vergisi ödənilməlidir. Əks təqdirdə, malları satanlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür.
6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli, 195 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 24 yanvar tarixli, 22 nömrəli qərarının 10-cu bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli, 62 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 13 avqust tarixli, 138 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 27 aprel tarixli, 71 nömrəli qərarının 2-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 fevral tarixli, 32 nömrəli qərarının 1-ci bəndi, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli, 73 nömrəli qərarının 1-ci bəndi çıxarılsın.
7. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı» təsdiq edilsin (əlavə olunur).
8. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2005-ci il, № 1, maddə 55) («VES Consultancy» LLC).
7 aprel 2005-ci il tarixli, 63 nömrəli; 15 oktyabr 2005-ci il tarixli, 187 nömrəli; 1 fevral 2006-cı il tarixli, 31 nömrəli; 6 aprel 2006-cı il tarixli, 97 nömrəli; 26 iyul 2006-cı il tarixli, 185 nömrəli; 13 iyun 2007-ci il tarixli, 95 nömrəli; 27 iyul 2007-ci il tarixli, 119 nömrəli; 30 dekabr 2007-ci il tarixli, 220 nömrəli; 30 aprel 2008-ci il tarixli, 106 nömrəli; 1 iyul 2008-ci il tarixli, 150 nömrəli; 25 iyul 2008-ci il tarixli, 168 nömrəli; 17 noyabr 2008-ci il tarixli, 256 nömrəli; 7 yanvar 2009-cu il tarixli, 4 nömrəli; 30 aprel 2009-cu il tarixli, 65 nömrəli; 14 sentyabr 2009-cu il tarixli, 138 nömrəli; 15 sentyabr 2009-cu il tarixli, 140 nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarına
əlavə
Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı
|
XİF ƏN-in kodu
|
Mal mövqelərinin adları
|
|
Qrup 01-dən
|
|
|
0101 10 100 0
|
safqanlı cins atlar
|
|
0102 10
|
safqanlı cins heyvanlar
|
|
0103 10 000 0
|
safqanlı cins donuzlar
|
|
010410 100 0
|
safqanlı cins qoyunlar
|
|
010420 100 0
|
safqanlı cins keçilər
|
|
Qrup 19-dan
|
|
|
1901100000
|
Uşaq qidası, pərakəndə satış üçün çəkilib bükülmüş
|
|
Qrup 26-dan
|
|
|
2606000000
|
Alüminium filizləri və konsentratları
|
|
Qrup 27-dən
|
|
|
2716000000
|
Elektrik enerjisi
|
|
Qrup 30-dan
|
Əczaçılıq məhsulları (3005, 3006400000, 3006500000 mal mövqeləri istisna olmaqla)
|
|
Qrup 31
|
Gübrələr
|
|
Qrup 36
|
Fişənglər, siqnal raketləri, yağış raketləri, dumana qarşı siqnal və digər pirotexnika məmulatları — hərbi məqsədlər üçün
|
|
Qrup 38-dən
|
|
|
3824906401
|
Hemodializdə istifadə olunan qarışıq tərkiblər
|
|
Qrup 48-dən
|
|
|
4801000000
|
Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində
|
|
Qrup 49-dan
|
|
|
4901 və 4902
|
Çap olunmuş kitab, qəzet və jurnallar
|
|
490700
|
Poçt markaları, dövlət rüsumu markaları və analoji markalar, vaxtlı (ödənilməmiş), nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan və qəbul nominal qiymətli və ya qiymətli olacaq markalar; gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar
|
|
Qrup 85-dən
|
|
|
8502319000
|
Külək enerjili elektrik qurğuları
|
|
Qrup 87-dən
|
|
|
8713
|
Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış
|
|
Qrup 90-dan
|
|
|
9021 31 000 0
|
--süni oynaqlar
|
|
9021 39 900 0
|
---digərləri
|
|
9021 40 000 0
|
-eşitmə aparatları, hissə və ləvazimatlarından başqa
|
|
9021 90 100 0
|
---eşitmə aparatlarının hissə və ləvazimatları
|
|
9021 90 900 0
|
---digərləri
|
|
Qrup 93-dən
|
|
|
9301
|
Hərbi silah növləri (revolver, tapança və 9307 mal mövqeyindəki silahlardan başqa)
|
|
930200
|
revolver və tapança (9303 və 9304 mal mövqelərində təsnif edilənlərdən başqa)
|
|
9305
|
9301—9304 mal mövqelərində təsnif edilən məmulatların hissə və ləvazimatları
|
|
9306
|
Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparılması üçün analoji hissələr və onların hissələri, patronlar, digər döyüş sursatları, mərmilər və onların hissələri, patronlar üçün qırmalar, sıxılar daxil edilməklə
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Lizinq müqaviləsinin obyekti olan qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid, idxal zamanı əlavə dəyər vergisindən azad olunan daşınar əşyaların xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturu üzrə siyahısı
|
XİF ƏN-in kodu
|
Mal mövqelərinin adları
|
|
1
|
2
|
|
8424 81
|
-- kənd təsərrüfatı və bağçılıq üçün:
|
|
8424 81 100 0
|
--- suvarma qurğuları
|
|
|
--- digərləri:
|
|
8424 81 300 0
|
---- daşınan qurğular
|
|
|
---- digərləri:
|
|
8424 81 910 0
|
----- traktorlara qoşulmaq və ya traktorlara yedəklənmək üçün nəzərdə tutulmuş tozpaylayan və səpələyən qurğular
|
|
8424 81 990 0
|
----- digərləri
|
|
8428 20 300 0
|
--- xüsusi olaraq, kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş pnevmatik qaldırıcılar və konveyerlər
|
|
8428 90 710 0
|
----- kənd təsərrüfatı traktorlarına taxılmaq üçün hazırlanmış yükləyici qurğular
|
|
8429
|
Buldozerlər, dönməz və dönər kavahınlarla, qreyderlər və planirovşiklər, skreperlər, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, toxaclayıcı və yolbasan maşınlar, özügedən:
|
|
|
- buldozerlər, dönməz və dönər kavahınlarla:
|
|
8429 11 00
|
-- tırtıllı:
|
|
8429 11 001 0
|
--- gücü 250 a.g (at gücü)-dən çox
|
|
8429 11 002 0
|
--- gücü 400 a.g. və çox, —50° C və aşağı hava temperaturalarında işləmək üçün nəzərdə tutulan
|
|
8429 11 009 0
|
--- digərləri
|
|
8429 19 000 0
|
-- digərləri
|
|
8429 20 00
|
- qreyderlər və planirovşiklər
|
|
8429 20 001 0
|
-- qreyderlər, gücü 350 a.g. və çox
|
|
8429 20 009 0
|
-- digərləri
|
|
8429 30 000 0
|
- skreperlər
|
|
8429 40 900 0
|
-- toxaclayıcı maşınlar
|
|
|
- mexaniki kürəklər, ekskavatorlar və birçalovlu yükləyicilər:
|
|
8429 51
|
-- frontal birçalovlu yükləyicilər:
|
|
8429 51 100 0
|
--- yeraltı işlər üçün xüsusi hazırlanmış yükləyicilər
|
|
|
--- digərləri:
|
|
8429 51 910 0
|
---- birçalovlu tırtıllı yükləyicilər
|
|
8429 51 990 0
|
---- digərləri
|
|
8429 52
|
-- tamdönər maşınlar:
|
|
842952 100 0
|
--- tırtıllı ekskavatorlar
|
|
8429 52 900 0
|
--- digərləri
|
|
8429 59 000 0
|
— digərləri
|
|
8432
|
Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı maşınları, torpağın hazırlanması və işlənməsi üçün; qazon və ya idman meydançaları üçün katoklar:
|
|
8432 10
|
- kotanlar:
|
|
8432 10 100 0
|
-- kavahınlı
|
|
8432 10 900 0
|
-- digərləri
|
|
|
- dırmıqlar, kətmənlər, kultivatorlar, alaqaparan, kərkilər:
|
|
8432210000
|
-- diskli dırmıqlar
|
|
8432 29
|
-- digərləri:
|
|
8432291000
|
--- kətmənlər və kultivatorlar
|
|
8432 29 300 0
|
--- dırmıqlar
|
|
8432 29 500 0
|
--- torpaq frezləri
|
|
8432 29 900 0
|
--- digərləri
|
|
8432 30
|
- toxumsəpən, əkən və şitilbasdıran maşınlar:
|
|
|
-- toxumsəpən:
|
|
8432 30 110 0
|
--- mərkəzi ötürücüsü olan dəqiq səpin aparan toxumsəpən
|
|
8432 30 190 0
|
--- digərləri
|
|
8432 30 900 0
|
-- əkən və şitilbasdıran maşınlar
|
|
8432 40
|
- üzvi və mineral gübrə səpələyiciləri və paylayıcıları:
|
|
8432 40 100 0
|
-- mineral və ya kimyəvi gübrələrin paylanması üçün
|
|
8432 40 900 0
|
-- digərləri
|
|
8432 80 000 0
|
- digər maşın
|
|
8432 90 000 0
|
- hissələri
|
|
8433
|
Kənd təsərrüfatı bitkilərinin yığılması və ya döyülməsi üçün maşın və ya mexanizmlər, presləyici-toplayıcılar, saman və quru otları kiplər formasında qablaşdırmaq üçün preslər daxil olmaqla; otbiçənlər və qazonbiçənlər; 8437 mal mövqeyində göstərilənlərdən başqa, yumurta, meyvə və ya digər kənd təsərrüfatı məhsullarının təmizlənməsi, sortlaşdırılması və ya çıxdaş edilməsi üçün maşınlar:
|
|
|
- qazonlar, parklar və ya idman meydançaları üçün otkəsən maşınlar:
|
|
843311
|
-- motorlu, horizontal səth üzərində fırlanan kəsici hissə ilə:
|
|
8433 11 100 0
|
--- elektriklə işləyən
|
|
|
--- digərləri:
|
|
|
---- özügedən:
|
|
8433 11 510 0
|
----- oturacaqlı
|
|
8433 11 590 0
|
----- digərləri
|
|
8433 11 900 0
|
---- digərləri
|
|
8433 19
|
-- digərləri:
|
|
|
--- mühərrikli:
|
|
8433 19 100 0
|
---- elektriklə işləyən
|
|
|
---- digərləri:
|
|
|
----- özügedən:
|
|
8433 19 510 0
|
------ oturacaqlı
|
|
8433 19 590 0
|
------ digərləri
|
|
8433 19 700 0
|
----- digərləri
|
|
8433 19 900 0
|
--- mühərriksiz
|
|
8433 20
|
- otbiçənlər, traktorlara bərkidilənlər daxil olmaqla, digərləri:
|
|
8433201000
|
-- mühərriklə
|
|
|
-- digərləri:
|
|
|
--- traktor üçün, asma və ya yedəkli:
|
|
8433 20 510 0
|
---- horizontal səth üzərində fırlanan kəsici hissə ilə
|
|
8433 20 590 0
|
---- digərləri
|
|
8433 20 900 0
|
--- digərləri
|
|
8433 30
|
- küləş tədarükü üçün digər maşınlar:
|
|
8433 30 100 0
|
- otçevirən, yan dırmıqları və samanqarışdıranlar
|
|
8433 30 900 0
|
- digərləri
|
|
8433 40
|
- küləş və samandan kipbağlayan preslər, presləyici-yığıcılar daxil olmaqla:
|
|
8433 40 100 0
|
-- presləyici-yığıcılar
|
|
8433 40 900 0
|
- digərləri
|
|
|
- məhsul yığımı üçün digər maşınlar; taxıldöyən maşın və mexanizmlər:
|
|
8433 51 000 0
|
- taxılyığan kombaynlar
|
|
8433 52 000 0
|
- digər taxıldöyən maşın və mexanizmlər
|
|
8433 53
|
- köklərin və ya meyvəköklülərin yığılması üçün maşınlar:
|
|
8433 53 100 0
|
--- kartofqazıyan və kartofyığan maşınlar
|
|
8433 53 300 0
|
--- çuğundurun tağını kəsən maşınlar və çuğunduryığan maşınlar
|
|
8433 53 900 0
|
--- digərləri
|
|
8433 59
|
- digərləri:
|
|
|
--- silosyığan kombaynlar:
|
|
8433 59 110 0
|
---- özügedən
|
|
8433 59 190 0
|
---- digərləri
|
|
8433 59 300 0
|
--- üzümyığan kombaynlar
|
|
8433 59 800 0
|
--- digərləri
|
|
8433 60 000 0
|
- yumurta, meyvə və ya başqa kənd təsərrüfatı məhsullarının təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
|
|
8433 90 000 0
|
- hissələri
|
|
8434
|
Sağıcı qurğu və aparatları, südün emalı və təkrar emalı üçün avadanlıqlar:
|
|
8434 10 000 0
|
- sağıcı qurğu və aparatları
|
|
8434 20 000 0
|
- südün emalı və təkrar emalı üçün avadanlıqlar
|
|
8434 90 000 0
|
- hissələri
|
|
8435
|
Preslər, xırdalayıcılar və şərabçılıq, sidr, meyvə şirələri və digər içkilərin istehsalı üçün analoji maşınlar:
|
|
8435 10 000 0
|
- avadanlıqlar
|
|
8435 90 000 0
|
- hissələr
|
|
8436
|
Kənd təsərrüfatı, bağçılıq, meşə təsərrüfatı, quşçuluq və ya arıçılıq üçün avadanlıqlar, toxumların yetişdirilməsi üçün avadanlıqlar daxil edilməklə, mexaniki və ya qızdırıcı qurğularla, digərləri; quşçuluq üçün inkubatorlar və bruderlər:
|
|
8436 10 000 0
|
- heyvan yemi hazırlanması üçün maşın və mexanizmlər
|
|
|
- quşçuluq üçün avadanlıqlar; inkubatorlar və bruderlər:
|
|
8436 21 000 0
|
- inkubatorlar və bruderlər
|
|
8436 29 000 0
|
-- digərləri
|
|
8436 80
|
- digər avadanlıqlar:
|
|
8436 80 100 0
|
-- meşə təsərrüfatı üçün maşın və avadanlıqlar
|
|
|
-- digərləri:
|
|
8436 80 910 0
|
--- avtomişarlar
|
|
8436 80 990 0
|
--- digərləri
|
|
|
- hissələr:
|
|
8436 91 000 0
|
-- quşçuluq və ya inkubatorlar və bruderlər üçün avadanlıqlar
|
|
8436 99 000 0
|
digərləri
|
|
8437
|
Toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar; unüyütmə sənayesi üçün avadanlıqlar və ya taxıl və quru paxlalıların emalı üçün avadanlıqlar, kənd təsərrüfatı fermalarında istifadə olunan avadanlıqlardan başqa:
|
|
8437 10 000 0
|
- toxum, taxıl və ya quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrovka edilməsi üçün maşınlar
|
|
8437 80 000 0
|
- digər avadanlıqlar
|
|
8437 90 000 0
|
- hissələri
|
|
8438
|
Bu qrupun başqa yerində adı çəkilməyən və ya təsnif olunmayan yeyinti məhsullarının və ya içkilərin sənaye istehsalı və ya hazırlanması üçün avadanlıqlar, heyvan və ya buxarlanmayan bitki mənşəli yağ və ya piylərin ekstraksiyası və ya hazırlanması üçün olan avadanlıqlardan başqa:
|
|
8438 10
|
- çörək-bulka məmulatları, makaron, spagetti və ya analoji məmulatların hazırlanması üçün avadanlıqlar:
|
|
8438 10 100 0
|
-- çörək-bulka məmulatlarının istehsalı üçün avadanlıqlar
|
|
8438 10 900 0
|
-- makaron, spagetti və ya analoji məhsulların istehsalı üçün avadanlıqlar
|
|
8438 20 000 0
|
- qənnadı sənayesi, kakao tozu və ya şokolad istehsalı üçün avadanlıqlar
|
|
8438 30 000 0
|
- şəkər sənayesi üçün avadanlıqlar
|
|
8438 40 000 0
|
- pivəbişirmə sənayesi üçün avadanlıqlar
|
|
8438 50 000 0
|
- ət və quş emalı üçün avadanlıqlar
|
|
8438 60 000 0
|
- mey və, qoz-fındıq və ya tərəvəz emalı üçün avadanlıqlar
|
|
8438 80
|
- digər avadanlıqlar:
|
|
8438 80 100 0
|
-- çay və kofe emalı üçün
|
|
|
-- digərləri:
|
|
8438 80 910 0
|
--- içki hazırlanması və ya istehsalı üçün
|
|
8438 80 990 0
|
--- digərləri
|
|
8438 90 000 0
|
- hissələr
|
|
8701
|
Traktorlar (8709 mal mövqeyindəki traktorlardan başqa):
|
|
8701 10 000 0
|
- yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlar
|
|
8701 20
|
- yarımqoşqular üçün təkərli traktorlar:
|
|
8701 20 10
|
-- təzələri:
|
|
8701 20 101 0
|
--- yəhərli dartıcılar
|
|
8701 20 109 0
|
--- digərləri
|
|
8701 20 90
|
-- istismar olunmuş:
|
|
8701 20 901 0
|
--- yəhərli dartıcılar
|
|
8701 20 909 0
|
--- digərləri
|
|
8701 30
|
- tırtıllı traktorlar:
|
|
8701 30 100 0
|
- xizək trasları (yolları) çəkmək üçün
|
|
8701 30 900 0
|
-- digərləri
|
|
8701 90
|
- digərləri:
|
|
|
-- kənd təsərrüfatı işləri üçün traktorlar (yanaşı gedən sürücü tərəfindən idarə olunan traktorlardan başqa) və meşə təsərrüfatı üçün traktorlar, təkərli :
|
|
|
--- təzələri, mühərriklərinin gücü:
|
|
8701901100
|
---- 18 kVt-dan çox olmayan
|
|
8701 90 200 0
|
---- 18 kVt-dan yuxarı, lakin 37 kVt-dan çox olmayan
|
|
8701 90 250 0
|
---- 37 kVt-dan yuxarı, lakin 59 kVt-dan çox olmayan
|
|
8701903100
|
---- - 59 kVt-dan yuxarı, lakin 75 kVt-dan çox olmayan
|
|
8701903500
|
---- 75 kVt-dan yuxarı, lakin 90 kVt-dan çox olmayan
|
|
8701 90 390 0
|
---- 90 kVt-dan yuxarı
|
|
8701 90 500 0
|
--- istismar olunmuş
|
|
8701 90 900 0
|
-- digərləri
|
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli,
11 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
Siyahısı
1. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı (4-cü bəndi istisna olunmaqla).
2. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 may tarixli, 101 nömrəli qərarı.
3. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 14 yanvar tarixli, 6 nömrəli qərarı.
4. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 iyun tarixli, 95 nömrəli qərarı.
5. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarına əlavə edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 15 yanvar tarixli, 6 nömrəli qərarı.
6. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 4 dekabr tarixli, 155 nömrəli qərarı.
7. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 4 dekabr tarixli, 155 nömrəli qərarına dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 26 dekabr tarixli, 163 nömrəli qərarı.
8. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 31 mart tarixli, 36 nömrəli qərarı.
9. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 may tarixli, 66 nömrəli qərarı.
10. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 13 iyul tarixli, 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»na əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 3 avqust tarixli, 107 nömrəli qərarı.
© VES Consultancy LLC