AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№14 / 31.01.2005 (Qüvvədən düşmüş)

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri»ndə dəyişiklik edilməsi barədə

Qərar № 14

Bakı şəhəri, 31 yanvar 2005-ci il

Tütün məmulatlarının respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısını almaq və daxili bazarda bu malları tənzimləmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli, 20 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri»ndə «2402» mal mövqeyinin «1000 ədəd üçün 5 ABŞ dolları» aksiz dərəcəsi «1000 ədəd üçün 1,8 ABŞ dolları» aksiz dərəcəsi ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2005-ci il, № 1, maddə 58)


© AzerSoft





    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az