Azərbaycan Respublikası
Nazirlər Kabineti
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr
edilməsi və «Azərbaycan Respublikasının ərazisində
dövriyyəsinə yol verilən psixotrop maddələrin
siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 16 yanvar tarixli, 18 nömrəli
qərarının qüvvədən düşmüş
hesab edilməsi barədə
Qərar ¹ 169
Bakı şəhəri,8 sentyabr 2005-ci il
«Azərbaycan
Respublikasının ərazisində dövriyyəsi qadağan
edilmiş, məhdudlaşdırılmış və nəzarət
edilən narkotik vasitələrin, psixotrop maddələrin,
habelə Azərbaycan Respublikasının ərazisində
idxalına, ixracına, tranzit nəql edilməsinə və
istehsalına lisenziya (xüsusi razılıq) tələb
olunan prekursorların siyahılarının təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 9 avqust tarixli, 953 nömrəli Sərəncamının
icrası məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18
noyabr tarixli, 180 nömrəli qərarı ilə təsdiq
edilmiş «Xüsusi razılıq (lisenziya) alınması
tələb olunan bəzi fəaliyyət növlərinə xüsusi
razılıq (lisenziya) verilməsinə görə ödənilən
dövlət rüsumunun məbləğləri»nə aşağıdakı
məzmunda 33-cü bənd əlavə edilsin:
|
«33.
Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi
və istehsalı |
şərti
maliyyə vahidinin 200,0 misli» |
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr
tarixli, 174 nömrəli qərarı ilə təsdiq edilmiş
«Fəaliyyət növlərinin xüsusiyyətindən
asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi
üçün tələb olunan əlavə Şərtlər»ə
aşağıdakı məzmunda 28-ci bənd əlavə
edilsin:
«28.
Prekursorların idxalına, ixracına, tranzit nəql edilməsinə
və istehsalına xüsusi razılıq (lisenziya) verilməsi
üçün tələb olunan əlavə şərtlər:
a)
idxalı, ixracı və tranzit nəql edilməsi:
28.1.
xarici şəxslərlə (müqabil tərəflərlə)
bağlanmış müqavilənin əsli və surəti;
b)
istehsalı:
28.2.
ərizəçinin sanitar-ekoloji, texniki-təhlükəsizlik
norma və qaydaların tələblərinə cavab verən
istehsal sahəsinin və malik olduqları avadanlıqların
normativ-texniki tələblərə uyğun olması barədə
rəsmi sənəd;
28.3.
işçilərin xüsusi geyim, müvafiq cihaz və
avadanlıqla təchiz olunması barədə məlumat.».
3.
«Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə
yol verilən psixotrop maddələrin siyahısının təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 16 yanvar tarixli, 18 nömrəli qərarı
qüvvədən düşmüş hesab edilsin:
4.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(30 sentyabr 2005-ci il, ¹ 9, maddə 860) («VES Consultancy»
LLC).
7 iyun 2007-ci il
tarixli, 93 nömrəli Qərara əsasən əlavə və
dəyişikliklərlə («VES Consultancy» LLC).
© VES
Consultancy LLC