AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№178 / 16.12.1996 (Qüvvədən düşmüş)

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 90 nömrəli «Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarına dəyişikliklər edilməsi barədə

Qərar № 178

Bakı şəhəri, 16 dekabr 1996-cı il

Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatlarının gömrük mexanizmi vasitəsilə tənzimlənməsinin təkmilləşdirilməsi, ixrac potensialının artırılması və ixracın həvəsləndirilməsi, ölkə istehsalçılarının mənafelərinin qorunması və daxili bazarın ehtiyaclarının ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, 1997-ci il yanvarın 1-dən etibarən:

  • ixrac olunan mallar, onların növlərindən asılı olmayaraq, gömrük ixrac rüsumuna cəlb olunmur;
  • Azərbaycan Respublikası ərazisinə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan mallar üzrə, onların növlərindən asılı olmayaraq malların gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu ödənilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 90 nömrəli «Azərbaycan Respublikasında ixrac və idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» qərarına aşağıdakı dəyişikliklər edilsin:

  • 1-ci bənddə göstərilən «Gömrük ixrac rüsumu haqqında müvəqqəti Əsasnamə», «Azərbaycan Respublikası ərazisindən çıxarılarkən gömrük ixrac rüsumuna cəlb olunan malların qruplar üzrə siyahısı və gömrük ixrac rüsumlarının dərəcələri», «Gömrük idxal rüsumu haqqında müvəqqəti Əsasnamə», «Azərbaycan Respublikası ərazisinə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunan malların qruplar üzrə siyahısı və gömrük idxal rüsumlarının dərəcələri» qüvvəsini itirmiş hesab edilsin.
  • Qərarın adından «ixrac və», 2-ci bənddən «İxrac üzrə», «İdxal üzrə», 4-cü bənddən «ixracına və yaxud» sözləri və 2.1, 2.2, 2.3, 2.4, 2.5, 2.6, 2.8 yarımbəndlər, 3-cü və 5-ci bəndlər çıxarılsın.
  • 2-ci bəndin 1-ci abzası aşağıdakı yeni mətndə verilsin:

«Müəyyən edilsin ki, «0» (sıfır) dərəcəsi ilə gömrük idxal rüsumları tutulan aşağıdakılardır:»

  • 2.13 bəndi aşağıdakı yeni mətndə verilsin:

«2.13. müəssisələrin istehsalat tələbatı üçün gətirilən xammal, material, köməkçi material, ehtiyat hissələri, komplektləşdirici məmulatlar və avadanlıqlar».

2. Dövlət Gömrük Komitəsi qərarın tətbiqi və icrası ilə əlaqədar müvafiq təlimatlar hazırlasın və tədbirlər həyata keçirsin.

3. Bu qərar 1997-ci il yanvarın 1-dən qüvvəyə minir.

Baş nazir

A. RASİ-ZADƏ.

16 iyun 1997-ci il tarixli 62 saylı Qərara əsasən qüvvədən düşmüşdür.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az