Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə yol verilən narkotik və psixotrop maddələrin
siyahısının təsdiq edilməsi haqqında
Qərar № 18
Bakı şəhəri, 16 yanvar 2001-ci il
«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. «İstifadə edilməsinin məqsədi göstərilməklə, dövriyyəsinə
Azərbaycan Respublikasının ərazisində yol verilən narkotik vasitələrin
və istifadə edilməsinin məqsədi göstərilməklə, dövriyyəsinə Azərbaycan
Respublikasının ərazisində yol verilən psixotrop maddələrin siyahısı
təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİZADƏ
30 oktyabr 2001-ci il tarixli, 172 nömrəli qərara əsasən əlavə və dəyişikliklərlə («VneshExpertService»).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(31 yanvar 2001-ci il, № 1, maddə 67) («VneshExpertService»).
8 sentyabr 2005-ci il tarixli, 169 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («VneshExpertService»).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 16 yanvar tarixli,
18 nömrəli qərarı ilə
təsdiq edilmişdir
İstifadə edilməsinin məqsədi göstərilməklə, dövriyyəsinə Azərbaycan Respublikasının ərazisində
yol verilən narkotik vasitələrin
Siyahısı
| Beynəlxalq adı | Ticarət adı |
| 1. Alfentanil | 1. Alfentanil |
| 2. Piritramid | 2. Dipidolor |
| 3. Metilmorfin | 3. Kodein (başqa mürəkkəb tərkibli
dərman preparatlarının tərkibində
uçotu aparılmır və nəzarətdə saxlanılmır) |
| 4. Metilmorfin fosfat | 4. Kodein fosfat (başqa mürəkkəb
tərkibli dərman preparatlarının
tərkibində uçotu aparılmır və nəzarətdə saxlanılmır) |
| 5. Morfin | 5. Morfin |
| 6. Metadon | 6. Metadon |
| 7. Metadon intermediat | 7. Metadon intermediat |
| 8. Morfin hidroxlorid | 8. Morfin hidroxlorid |
| 9. Morfin preparatları | 9. Morfin preparatları |
| 10. Paraveratum | 10. Omnopon |
| 11. Paraveratum preparatları | 11. Omnopon preparatları |
| 12. Tiryək | 12. Tiryək |
| 13. Tiryəkin preparatları | 13. Tiryəkin preparatları |
| 14. Trimeperidin | 14. Promedol |
| 15. Trimeperidin preparatları | 15. Promedol preparatları |
| 16. Sulfentanil | 16. Sulfentanil |
| 17. Tebain | 17. Tebain |
| 18. Tilidin | 18. Tilidin |
| 19. Tilidin preparatları | 19. Tilidin preparatları |
| 20. Fentanil | 20. Fentanil |
| 21. Fentanil preparatları | 21. Fentanil preparatları |
| 22. Dimenoksadol | 22. Estosin |
| 23. Dimenoksadol hidroxlorid | 23. Estosin |
| 24. Dimenoksadol hidroxlorid preparatları | 24. Estosin |
| 25. Etilmorfin | 25. Dionin |
| 26. Etilmorfin hidroxlorid | 26. Dionin |
| 27. Etilmorfin hidroxlorid preparatları | 27. Dionin |
| 28. Dekstropropoksifen | 28. Dekstropropoksifen |
| 29. Propanidid | 29. Sombrevin |
Qeyd. Respublikanın tibb müəssisələrində və eləcə də ambulator şəraitdə
narkotik vasitələr qüvvətli ağrıkəsici kimi və narkoz vermək məqsədi
ilə istifadə edilir.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 30 oktyabr tarixli
172 nömrəli qərarına
əlavə
İstifadə edilməsinin məqsədi göstərilməklə dövriyyəsinə
Azərbaycan Respublikasının ərazisində yol
verilən psixotrop maddələrin
Siyahısı
Beynəlxalq adı
1. Barbital-Natrium
2. Buprenorfin
3. Bromizoval
4. Defedrin
5. Efedrin hidroxlorid
6. Efedrin dimedrolla
7. Klofellin
8. Fenozepam
9. Tiperidin
10. Triheksefenidil
11. Trimetazin
12. Tafizopam, Qendarin
Qeyd. Psixotrop maddələr trankvilizator, yuxuverici, bihuşedici,
ağrıkəsici kimi, parkinsonizm və qıcolunma əleyhinə istifadə edilir
© VneshExpertService