AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№19 / 19.01.1994

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında» 1992-ci il 1 iyun tarixli, 301 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi və «Gömrük fəaliyyətinin bəzi növlərindən daxil olan vəsaitlərin istifadə olunması haqqında» 1991-ci il 6 sentyabr tarixli, 304 nömrəli qərarının qüvvəsini itirməsi haqqında

Qərar ¹ 19


Bakı şəhəri,19 yanvar 1994-cü il

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

I. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Gömrük Komitəsinin məsələləri haqqında» 1992-ci il 1 iyun tarixli, 301 nömrəli qərarına aşağıdakı əlavə və dəyişikliklər edilsin:
1. Azərbaycan Respublikası Milli Məclisinin «Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi haqqında» 1993-cü il 24 aprel tarixli qərarına əsasən, «Azərbaycan Respublikası Gömrük Komitəsi» sözləri hər yerdə «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi» sözləri ilə əvəz edilsin.
2. Bu qərara əlavə kimi təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə tabe olan təşkilatların siyahısı» yeni redaksiyada verilsin (əlavə olunur).
3. 5-ci bəndin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
«Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi büdcə vəsaiti hesabına maliyyələşdirilir.»
4. 6-cı bəndin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
«Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ixtiyar verilsin ki, qeyri-plan gəlirlərindən, gömrük xidməti üçün haqq və sair gəlirlərdən əldə olunmuş vəsaitdən təsdiq edilmiş əmək haqqı fondunun 35 faizi həcmində «maddi mükafatlandırma və sosial mədəni tədbirlər fondu» yaratsın, qalan hissəsini isə respublika dövlət büdcəsinə köçürsün.».
5. 9-cu bənd aşağıdakı redaksiyada verilsin:
«Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində gömrük xidməti göstərilməsindən daxil olan valyuta vəsaitinin 35 faizi gömrük orqanlarının maddi-texniki bazasını inkişaf etdirmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərəncamına, 65 faizi isə Azərbaycan Respublikasının vahid valyuta fonduna yönəldilir.».


II. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il 6 sentyabr tarixli, 304 nömrəli qərarı öz qüvvəsini itirmiş hesab edilsin.
Baş nazir
S.HÜSEYNOV
27 iyun 1994-cü il tarixli, 251 nömrəli; 5 fevral 1998-ci il tarixli, 21 nömrəli qərarlara əsasən dəyişikliklərlə («VneshExpertService»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1994-cü il 19 yanvar tarixli,
19 saylı qərarı ilə təsdiq edilmişdir
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə tabe olan təşkilatların
Siyahısı

1. Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsi
a) Sədərək gömrükxanası
b) Culfa gömrükxanası
2. Bakı Baş gömrük idarəsi
3. Ağstafa gömrükxanası
4. Astara gömrükxanası
5. Balakən gömrükxanası
6. Biləsuvar gömrükxanası
7. Binə gömrükxanası
8. Yevlax gömrükxanası
9. Gəncə gömrükxanası
10. Sumqayıt gömrükxanası
11. Xaçmaz gömrükxanası
12. Xudafərin gömrükxanası
13. Mərkəzi laboratoriya
14. Avtomobil təsərrüfatı
15. Təsərrüfat hesablı «Azərterminalkompleks» xarici iqtisadi birliyi

© VneshExpertService



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az