AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№195 / 26.10.2000

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə

Qərar № 195

Bakı şəhəri, 26 oktyabr 2000-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli qərarının «Azərbaycan Respublikası ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri» əlavəsində 85-ci mal qrupunda 1-ci sütunda  «8530» mal mövqeyindən, 2-ci sütunda onun adından və 3-cü sütundakı gömrük rüsumu dərəcəsindən sonra 1-ci, 2-ci və 3-cü sütunlarda müvafiq olaraq «8531» rəqəmi, «Yalnız hava limanlarının təhlükəsizliyini təmin etmək üçün onların ərazisinin perimetri boyu elektron mühafizə hasarı sisteminin tərkibinə daxil olan cihazlar, avadanlıqlar və materiallar» sözləri və «0» rəqəmi əlavə edilsin.

2. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 14 avqust tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı»nda 1-ci sütunda «8530» mal mövqeyindən, 2-ci sütunda onun adından sonra 1-ci və 2-ci sütunlarda müvafiq olaraq «8531» rəqəmi və «Yalnız hava limanlarının təhlükəsizliyini təmin etmək üçün onların ərazisinin perimetri boyu elektron mühafizə hasarı sisteminin tərkibinə daxil olan cihazlar, avadanlıqlar və materiallar» sözləri əlavə edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

12 aprel 2001-ci il tarixli, 80 nömrəli; 31 yanvar 2005-ci il tarixli, 11 nömrəli qərarlara əsasən dəyişikliklərlə («AzerSoft»).

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az