№220 / 30.12.2007
Azərbaycan Respublikası Nazirlər Kabineti
«Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə
Qərar № 220
«Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarına dəyişikliklər edilməsi barədə
Qərar № 220
Azərbaycan Respublikasının ərazisinə idxal olunan mallara əlavə dəyər vergisinin ödənilməsində yayınmaların aradan qaldırılması və şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №1, maddə 55, № 4, maddə 378, №10, maddə 980; 2006-cı il, №2, maddə 180, №4, maddə 367, №7, maddə 652; 2007-ci il, №6, maddə 700, №7, maddə 743) 1.1-ci bəndi çıxarılsın.
2. «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 yanvar tarixli 11 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №1, maddə 55, №4, maddə 378, № 10, maddə 980; 2006-cı il, №2, maddə 180, №4, maddə 367, №7, maddə 652; 2007-ci il, №6, maddə 700, №7, maddə 743) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı» yeni mətndə təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar 2008-ci il yanvarın 15-dən qüvvəyə minir.
A.RasizadƏ,
Azərbaycan Respublikasının Baş Naziri
Bakı şəhəri, 30 dekabr 2007-ci il.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 31 yanvar tarixli 11
nömrəli qərarına əlavə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 30 dekabr tarixli
220 nömrəli qərarı ilə
təsdiq edilmiş mətndə
Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan digər malların siyahısı
XİF ƏN-in kodu |
Mal mövqelərinin adları |
| Qrup 19-dan | |
| 1901 10 000 0 | Uşaq qidası, pərakəndə satış üçün çəkilib bükülmüş |
| Qrup 26-dan | |
| 2606 00 000 0 | Alüminium filizləri və konsentratları |
| Qrup 27-dən | |
| 2716 00 000 0 | Elektrik enerjisi |
| Qrup 30-dan | Əczaçılıq məhsulları (3005, 3006 40 000 0, 3006 50 000 0 mal mövqeləri istisna olmaqla) |
| Qrup 31 | Gübrələr |
| Qrup 36 | Fişənglər, siqnal raketləri, yağış raketləri, dumana qarşı siqnal və digər pirotexnika məmulatları - hərbi məqsədlər üçün |
| Qrup 38-dən | |
| 3824 90 640 1 | Hemodializdə istifadə olunan qarışıq tərkiblər |
| Qrup 48-dən | |
| 4801 00 000 0 | Qəzet kağızı, rulonlarda və ya vərəq şəklində |
| Qrup 49-dan | |
| 4901 və 4902 | Çap olunmuş kitab, qəzet və jurnallar |
| 4907 00 | Poçt markaları, dövlət rüsumu markaları və analoji markalar, vaxtlı (ödənilməmiş), nəzərdə tutulduğu ölkədə cari və ya yeni buraxılışı olan və qəbul nominal qiymətli və ya qiymətli olacaq markalar; gerbli kağızlar; çek kitabçaları; banknotlar; aksiyalar |
| Qrup 85-dən | |
| 8502 31 900 0 | Küləkenerjili elektrik qurğuları |
| Qrup 87-dən | |
| 8713 | Əlil arabaları, mühərrik və ya başqa hərəkət mexanizmləri ilə təchiz olunmuş və ya olunmamış |
| Qrup 90-dan | |
| 9021 31 000 0 | Süni bədən hissələri; süni oynaqlar; göz protezləri; eşitmə aparatları; kardiostimulyatorlar və onların hissə və ləvazimatları |
| Qrup 93-dən | |
| 9301 | Hərbi silah növləri (revolver, tapança və 9307 mal mövqeyindəki silahlardan başqa) |
| 9302 00 | Revolver və tapança (9303 və 9304 mal mövqelərində təsnif edilənlərdən başqa) |
| 9305 | 9301-9304 mal mövqelərində təsnif edilən məmulatların hissə və ləvazimatları |
| 9306 | Bombalar, qumbaralar, torpedalar, minalar, raketlər və döyüş aparılması üçün analoji hissələr və onların hissələri, patronlar,\ digər döyüş sursatları, mərmilər və onların hissələri, patronlar üçün qırmalar, sıxılar daxil edilməklə |










