Azərbaycan Respublikası
Nazirlər Kabineti
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı
ilə təsdiq edilmiş «Ərzaq payı ilə təmin
olunan gömrük orqanlarının vəzifəli şəxslərinin
Siyahısı»na əlavələr və dəyişikliklər
edilməsi barədə
Qərar ¹ 274
Bakı şəhəri,
25 dekabr 2006-cı il
Azərbaycan
Respublikası Prezidentinin «Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin strukturuna əlavə edilməsi
haqqında» 2004-cü il 6 may tarixli, 60 nömrəli və
«Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin strukturuna dəyişikliklər və əlavələr
edilməsi haqqında» 2004-cü il 10 dekabr tarixli, 156 nömrəli
fərmanlarına uyğun olaraq, həmçinin Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə
razılaşdırılmış təklifini nəzərə
alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20
noyabr tarixli, 183 nömrəli qərarı ilə təsdiq
edilmiş «Ərzaq payı ilə təmin olunan gömrük
orqanlarının vəzifəli şəxslərinin Siyahısı»na
aşağıdakı əlavələr və dəyişikliklər
edilsin:
- 3.7-ci
bəndində «Mütəxəssis» sözündən
sonra «Mühasib» sözü əlavə edilsin;
- 3.9-cu
bəndin adında «Mühafizəsi» sözündən
sonra «Gömrük» sözü əlavə
edilsin;
- 3.10-cu
bəndin adında «Gömrükxanalar» sözü
«Gömrük idarələri» sözləri ilə
əvəz edilsin;
- 3.11-ci
bəndi aşağıdakı redaksiyada verilsin:
«3.11. Tibbi
Xidmət İdarəsinin tabeliyində olan mərkəzi
hospital, sanator-kurort müəssisəsi
Mərkəzi
hospitalın rəisi
Baş
mühasib
Sanator-kurort
müəssisəsinin rəisi — baş həkim
Həkim
— Tibb Komissiyasının sədri
Laboratoriya
rəisi
Mərkəzi
hospitalda poliklinika şöbəsinin rəisi
Şöbə
rəisi
Sanator-kurort
müəssisəsi rəisinin müavini — baş həkimin
müavini
Təsərrüfat
hissə müdiri
Mühasib
Mühasib-xəzinədar
Provizor-texnoloq
Provizor-analitik
Həkim
Həkim-statistik
Həkim-metodist
Tibb
statistiki
Mühəndis-proqramlaşdırıcı
Baş
tibb bacısı (qardaşı)
Arxivarius
Elektrik
avadanlıqları üzrə mühəndis
Müalicəvi
bədən tərbiyəsi üzrə təlimatçı
Mülki
müdafiə üzrə mühəndis
Mərkəzi
isitmə — soyutma sistemi üzrə mühəndis
Tibb
avadanlığı üzrə mühəndis
Feldşer-metodist
Böyük
tibb bacısı (qardaşı)
Xəzinədar
Tibb
bacısı (qardaşı)
Tibb
qeydiyyatçısı
Texnik».
2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 20
noyabr tarixli, 183 nömrəli qərarı ilə təsdiq
edilmiş «Ərzaq payı ilə təmin olunan gömrük
orqanlarının vəzifəli şəxslərinin Siyahısı»nın
3.12-ci bəndi və «Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2002-ci il 20 noyabr tarixli, 183 nömrəli qərarı
ilə təsdiq edilmiş «Ərzaq payı ilə təmin
olunan gömrük orqanlarının vəzifəli şəxslərinin
Siyahısı»na əlavə edilməsi barədə»
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 10
sentyabr tarixli, 126 nömrəli qərarı qüvvədən
düşmüş hesab edilsin.
3.
Bu qərar imzalandığı gündən qüvvəyə
minir.
Azərbaycan
Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(31 dekabr 2006-cı il, ¹ 12, maddə 1160) («VES
Consultancy» LLC).
© VES
Consultancy LLC