AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№38 / 01.04.1996(Qüvvədən düşmüş)

Azərbaycan Respublikası Nazirlər Kabineti

Məişət kondisionerlərinə tətbiq edilən aksiz vergisinin ləğv edilməsi haqqında

Qərar № 38

Bakı şəhəri, 1 aprel 1996-cı il

«Bakı kondisioneri» Elm İstehsalat Birliyində istehsal olunan məişət kondisionerlərinin istehsalında işlədilən xammal və materialların, komplektləşdirici məmulatların, habelə enerjidaşıyıcıların qiymətlərinin artması nəticəsində kondisionerlərin buraxılış qiyməti yüksəlmiş, onların MDB dövlətlərinin bazarlarında rəqabətə davamlılığı aşağı düşmüşdür.

Bununla əlaqədar olaraq, məişət kondisionerlərinin satış qiyməti ilə maya dəyəri arasındakı fərqin tənzimlənməsi və müəssisənin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. 1996-cı ilə məişət kondisionerlərinə tətbiq edilən aksiz vergisi ləğv edilsin.

2. Nazirlər Kabinetinin 26 sentyabr 1995-ci il tarixli 345 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.

Baş nazir

F.QULİYEV.

16 dekabr 1996-cı il tarixli 177 saylı Qərara əsasən qüvvədən düşmüşdür.

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az