AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№399 / 15.11.1994

Azərbaycan Respublikası Nazirlər Kabineti

Naxçıvan Muxtar Respublikasına mülki aviasiyanın uçuş tariflərinin tənzimlənməsi haqqında

Qərar № 399

Bakı şəhəri, 15 noyabr 1994-cü il

Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikası əhalisinin sosial müdafiəsini və eyni zamanda Muxtar Respublika ilə yeganə nəqliyyat vasitəsi olan mülki aviasiyanın ziyansız işləməsini təmin etmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Naxçıvan Muxtar Respublikasının blokadası dövründə Muxtar Respublikadan Azərbaycan Respublikasının digər şəhərlərinə və geriyə Naxçıvan Muxtar Respublikasında daimi qeydiyyatı olan əlillərə, pensiyaçılara, əyani təhsil alan tələbələrə, həmçinin 5 yaşından 12 yaşınadək uşaqlara təyyarə biletləri qüvvədə olan tariflərdən 70 faiz güzəştlə satılsın.

2. Naxçıvan Muxtar Respublikasına hava xətləri ilə hər kiloqram yükün, poçtun və normativdən artıq baqajın daşınması üçün tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 2 noyabr tarixli 374 nömrəli qərarının 1-ci bəndinə uyğun hesablanan sərnişin daşıma tariflərinin 1 faizi miqdarında müəyyən edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasına mülki aviasiyanın uçuş tariflərinin tənzimlənməsi haqqında” 1994-cü il 9 fevral tarixli 53 nömrəli qərarı qüvvəsini itirmiş hesab edilsin.

Baş nazirin vəzifəsini icra edən

F.QULİYEV

          5 iyun 1995-ci il tarixli, 133 nömrəli qərara əsasən dəyişikliklərlə («AzerSoft»).



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az