AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ

Alo Gömrük







   SAYTIN KÖHNƏ VERSİYASI

    AMB valyuta məzənnələri

USD   0.8038

EUR   1.0203

GBP   1.2353

CHF   0.7959

TRY   0.5297

GEL   0.4353

RUR                             0.026




№4 / 09.01.2006

Azərbaycan Respublikasının Nazirlər Kabineti

«Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası»nın təsdiq edilməsi haqqında
Qərar № 4


Bakı şəhəri, 9 yanvar 2006-cı il

«Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli, 900 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 9 yanvar tarixli,
4 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması
Qaydası


1. Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası (bundan sonra — Qayda) Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Gömrük orqanlarında xidmət haqqında» Əsasnaməyə, gömrük orqanlarında xidmətin xüsusiyyətlərinə əsasən hazırlanmışdır və gömrük orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanması qaydasını müəyyən edir.

2. Fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün gömrük orqanlarının vəzifəli şəxslərinin xidmət illərinə aşağıdakı dövrlər daxil edilir: 3. Qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan gömrük orqanlarında xidmətdən xaric olunmuş, sonradan isə məhkəmənin və Dövlət Gömrük Komitəsinin qərarı əsasında xidmətə bərpa edilmiş vəzifəli şəxslərin xaric olunduqları gündən xidmətə bərpa olunma haqqında əmrin verildiyi günədək olan gömrük orqanlarında xidmət etmədikləri müddət xidmət illərinə daxil edilir.

4. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya vəzifəsindən sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malik gömrük orqanlarının vəzifəli şəxslərinin həbsdə olduğu, azadlığı məhdudlaşdırıldığı və cəzaçəkmə müəssisələrində olduğu müddət xidmət illərinə daxil edilir.

5. Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə digər hüquq-mühafizə orqanlarında xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar gömrük orqanlarında fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illərinin hesablanmasında nəzərə alınır.

6. Bu Qayda təsdiq edilən günədək gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün hesablanmış xidmət illəri dəyişdirilə bilməz.

7. Gömrük orqanlarının vəzifəli şəxslərinə fasiləsiz xidmət illərinə görə verilən əlavələr onların orta əmək haqları hesablanarkən nəzərə alınır.

8. Vəzifəli şəxslərə fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün xidmət illəri Dövlət Gömrük Komitəsi tərəfindən yaradılmış komissiyaların rəyi əsasında müvafiq əmrlə təsdiq edilir.

© VneshExpertService

Ana səhifə | Əlaqə | Saytın xəritəsi | ©2008 BM Texnologiya