Bakı şəhəri, 25 avqust 1993-cü il
1993-cü ildə ticarət-iqtisadi
əməkdaşlıq haqqında Azərbaycan Respublikası və MDB-yə daxil olan
dövlətlər, Baltikyanı və Gürcüstan respublikaları arasında hökumətlərarası
sazişlər üzrə ən mühüm məhsul növlərinin klirinq və qarşılıqlı
əlaqə əsasında göndərilməsinin təmin edilməsi ilə əlaqədar, gömrük
vergi və rüsumlarının tənzimlənməsi məqsədilə, Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan
Respublikasında mülkiyyət formasından asılı olmayaraq, xarici
iqtisadi əlaqələr iştirakçısı olan müəssisələr, təşkilatlar, assosiasiyalar,
birgə müəssisələr, kooperativlər və sair təşkilatlar tərəfindən
MDB-yə daxil olan dövlətlərə, Baltikyanı və Gürcüstan respublikalarına
ixrac və idxal edilən yüklərin buraxılması, qüvvədə olan normativ
sənədlərə əsasən bütün vergi növləri, gömrük-rüsumları
və yığımları ödənməklə yalnız respublika gömrük orqanlarına həvalə
edilsin.
2. Azərbaycan Dəmir yolu İdarəsinə,
«Azərbaycan Hava yolları» və «Azəravtonəqliyyat» dövlət konsernlərinə,
Xəzər Dənizi Gəmiçiliyinə tapşırılsın ki, gömrük orqanlarının
icazəsi olmadan müəssisələrin yüklərini respublika ərazisindən
kənara göndərilmək üçün yükləməyə və respublikaya gətirilən yükləri
boşaltmağa qəbul etməsinlər.
Baş nazir
S. HÜSEyNOV
© AzerSoft