AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№8 / 10.02.2004

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər»ə və 2002-ci il 18 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) alınması tələb olunan bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nə əlavələr edilməsi haqqında

Qərar № 8

Bakı şəhəri, 10 fevral 2004-cü il

«Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 965 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş «Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər»ə aşağıdakı məzmunda 26-cı və 27-ci bəndlər əlavə edilsin:

«26. Gömrük brokeri fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

26.1. ərizəçinin ştatında gömrük rəsmiləşdirilməsi üzrə müvafiq ixtisas attestatına malik olan mütəxəssislərin olması barədə rəsmi sənəd;

26.2. müəyyən olunmuş qaydada öz fəaliyyəti üçün sığorta müqaviləsinin bağlanması barədə məlumat, sığorta müqaviləsinin surəti;

26.3. gömrük brokeri qismində fəaliyyət göstərmək üçün şəraitin olması haqqında məlumat.

27. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsinə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər:

27.1. müraciət etmiş ərizəçinin sahibliyində Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş gömrük anbarı rejiminə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlanması üçün müvafiq texniki vasitələrlə təchiz olunmuş üstüörtülü yerlərin və ərazilərin olması haqqında rəsmi sənədlərin surəti;

27.2. ərizədə gömrük anbarının və müvəqqəti saxlanc anbarının tipinin, anbar üçün nəzərdə tutulmuş yerlərin ünvanının, onun ayrı-ayrılıqda və ümumi sahəsi haqqında məlumatların, anbar üçün nəzərdə tutulan yerlərin maddi-texniki təchizatının xarakteristikasının, siqnalizasiyasının, yanğına qarşı qurğu və avadanlıqların, anbarda saxlanması nəzərdə tutulan mallara zərər vura bilən başqa mal növlərinin siyahısının və onların ayrıca yerləşdirilməsi üçün xüsusi olaraq təchiz edilmiş yerlərin xarakteristikasının olması, həmin yerlərin mühafizəsinin təmin edilməsi barədə məlumat;

27.3. ərazinin planının, anbar üçün nəzərdə tutulan yerin plan və çertyojunun surətləri, anbara daxilolma hüququ olan işçilərin siyahısı barədə rəsmi məlumat».

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) alınması tələb olunan bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri»nə aşağıdakı məzmunda 31-ci və 32-ci bəndlər əlavə edilsin:

«31. Gömrük broker fəaliyyəti şərti maliyyə vahidinin 5000,0 misli
32. Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi şərti maliyyə vahidinin 5000,0 misli».

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2004-cü il, № 2, maddə 115) («AzerSoft»).

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az