AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


Mar
05
2009
Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilmişdir
Fevralın 18-də Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük əməkdaşları arasında görüş keçirilmişdir. Tədbirdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Rauf Məmmədov, Astara Gömrük İdarəsinin rəisi Hikmət Məmmədov, İran İslam Respublikası tərəfindən isə Ənzəli Gömrük İdarəsinin rəisi Qulamhüseyn Nuhi, İran Astarası Gömrük İdarəsinin rəisi Şamani Əliəkbər və digər rəsmi şəxslər iştirak etmişlər.  

Mar
05
2009
Türk iş adamları gömrük sahəsindəki yeniliklərlə tanış olublar
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin baş inspektoru Mahir İbrahimov, Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin vergi və yığımlar şöbəsinin rəisi Rüfət Elçiyev ilə ATİB üzvləri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd gömrük siyasəti və qanunvericiliyi sahəsində yeniliklər, "bir pəncərə" sisteminin tətbiqi, gömrük tarifləri və s. barədə iş adamlarını məlumatlandırmaq idi.
  

Fev
24
2009
Gömrük orqanları muxtar respublikanın iqtisadi inkişafında müstəsna rol oynayır
 
24 fevral - Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 17-ci ildönümüdür
 
Qədim Azərbaycan torpağı Naxçıvan ilk insan məskənlərindən biridir. Azərbaycan xalqı bu diyarda qədim və zəngin mədəniyyət yaratmışdır. Naxçıvan, eyni zamanda, dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır.  

Fev
18
2009
Gömrük nəzarəti və tədris tələbatlarının qiymətləndirilməsi üzrə seminarlar keçiriləcək
Fevralın 17-dən 19-dək Çin Xalq Respublikasının Quançjou şəhərində Birgə Gömrük Nəzarəti üzrə Seminar, fevralın 20-21 tarixlərində isə Tədris Tələbatlarının Qiymətləndirilməsi üzrə Seminar keçiriləcək. Hər iki tədbir Çin Xalq Respublikası Baş Gömrük İdarəsi və Asiya İnkişaf Bankının maliyyə dəstəyilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində təşkil olunur.  

Fev
18
2009
Azərbaycan təmsilçisi yenidən BYD İcra Şurasına daimi üzv seçilmişdir
Bu il fevralın 5-də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası çərçivəsində Beynəlxalq Yük Daşımaları (BYD) İnzibati Komitəsinin 47-ci sessiyası keçirilmişdir. Sessiyada 1975-ci il BYD Konvensiyasının 8-ci Əlavəsi 9-cu maddəsinin 2-ci bəndinə müvafiq olaraq, Konvensiyaya üzv 58 dövlət səsvermə yolu ilə Konvensiyanın icrasına nəzarəti təmin etmək üçün BYD İcra Şurasına 9 daimi üzv seçmişdir.
  

<<  <  349 350 351  >  >>



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az