AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№1295 / 04.07.2003 Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qaçaqmalçılıq, gömrük qaydalarının pozulması və beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişi imzalamaq səlahiyyətinin verilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında qaçaqmalçılıq, gömrük qaydalarının pozulması və beynəlxalq terrorizmlə mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Aydın oğlu Abbasova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Abbas Aydın oğlu Abbasova verilməsi barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 iyul 2003-cü il

№ 1295

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 iyul 2003-cü il, № 7, maddə 378) («AzerSoft»).

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 iyul 2003-cü il, № 151) («AzerSoft»).

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az