«Qaçaqmalçılıq
və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq
Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə Saziş»i
Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin
verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. «Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi
Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti
barədə Saziş»i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq
səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Aydın Əli oğlu Əliyevə verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi
Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu
Əliyevə verilməsi barədə İqtisadi Əməkdaşlıq Təşkilatına müvafiq
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti.
Bakı şəhəri, 29 iyun 2006-cı il
|