AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№170 / 01.05.1995 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən vahid gömrük siyasətinin həyata keçirilməsi, gömrük xidmətinin səmərəli fəaliyyətinin təmin edilməsi, komitənin təşkilat strukturunun möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi təsdiq edilsin.

2. Tutduqları vəzifələrə görə aşağıdakı şəxslər kollegiyanın tərkibinə daxil edilsinlər.
Kollegiyanın sədri:
Dövlət Gömrük Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Dövlət Gömrük Komitəsi sədrinin müavinləri
Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi
Gömrük Qaydalarının Pozulması və Qaçaqmalçılıqla Mübarizə Baş İdarəsinin rəisi
Baş Maliyyə-Tarif İdarəsinin rəisi
Kadrlar İdarəsinin rəisi
Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri
Bakı Baş Gömrük İdarəsinin rəisi

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 30 iyul tarixli, 285 nömrəli qərarı ləğv edilsin.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 1 may 1995-ci il
№ 170
«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1995-ci il, № 9, maddə 187) («VES Consultancy» LLC).
© VES Consultancy LLC



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az