AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | |

Az | Рус | Eng       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

№423 / 20.05.2000 Azərbaycan Respublikasında sərhəd-nəzarət

Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının sərhəd-nəzarət buraxılış məntəqələrində miqrasiya prosesləri ilə məşğul olan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, ölkəyə giriş-çıxış əməliyyatlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılmasının təmin edilməsi, habelə bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılsın:

Komissiyanın sədri:

Abid Şərifov

Azərbaycan Respublikası Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Namiq Abbasov

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri

Ramil Usubov

Azərbaycan Respublikasının Daxili İşlər naziri

Kəmalləddin Heydərov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

İlqar Fəti-zadə

Azərbaycan Respublikasının Maliyyə nazirinin birinci müavini

İlqar Rəhimov

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin birinci müavini

Xələf Xələfov

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini

Cahangir Əsgərov

Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktoru

Ziya Məmmədov

Dövlət Dəmir Yolu İdarəsinin rəisi

Aydın Bəşirov

Dövlət Xəzər Gəmiçiliyinin rəisi

Ağadayı Ağayev

Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin xarici-iqtisadi əlaqələr şöbəsi müdirinin birinci müavini
Eldar Mahmudov

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

2. Komissiyaya tapşırılsın ki, sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etsin və görülən işlər barədə Azərbaycan Respublikası Prezidentinə mütəmadi məlumat versin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 20 may 2000-ci il.

№ 423.

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 may 2000-ci il, № 114).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2000-ci il, № 5, maddə 349) («AzerSoft»).

28 iyul 2004-cü il tarixli, 326 nömrəli sərəncama əsasən dəyişikliklərlə («AzerSoft»).

© AzerSoft



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi

 
RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2010, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 438-80-80 Faks: (99412) 498-18-36 E-mail: external@customs.gov.az