AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


Tel.: +99412 404-22-98
Faks: +99412 404-22-52
E-poçt:mirqasim.vahabov@customs.gov.az

Vahabov Mirqasım Fazil oğlu

gömrük xidməti general-mayoru


31 dekabr 1955-ci ildə anadan olmuşdur.

1972-ci ildə orta məktəbin 10-cu sinfini əla qiymətlərlə başa vurmuşdur.

1974-76-c illərdə ordu sıralarında xidmət keçmiş, 1977-ci ildə Bakı Plan-Uçot Texnikumunu əla qiymətlərlə bitirmiş, fərqlənmə diplomuna layiq görülmüşdür. 1977-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot- iqtisad” fakültəsinin birinci kursuna daxil olmuş, oxuduğu müddətdə əla qiymətlər aldığına görə xüsusi təqaüdə layiq görülmüşdür. Təhsilini əla qiymətlərlə başa vuraraq fərqlənmə diplomu almışdır.

1981-ci ildə ali təhsilini başa vurduqdan sonra gənc mütəxəssis kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyində ixtisasına uyğun işlə təmin olunmuşdur. 1999-cu ilə qədər olan müddətə Təhsil Nazirliyində müxtəlif məsul vəzifələrdə, peşəkar mütəxəssis kimi çalışmışdır.

1999-cü ilin 24 iyul tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən Komitənin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş, gömrük xidməti polkovniki xüsusi rütbə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2007-ci il tarixli müvafıq sərəncamı ilə gömrük xidməti general-mayoru xüsusi ali rütbə verilmişdir.

Gömrük xidmətində göstərdiyi xidmətlərinə görə Komitə rəhbərliyi tərəfindən dəfələrlə Fəxri Fərmanla təltif olunmuş, barəsində həvəsləndirici tədbirlər görülmüşdür.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən 2006-cı ildə “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə, 2009-cu ildə gömrük orqanlarında uzun müddət və qüsursuz xidmətə görə “Gömrük orqanlarında xidmətə görə” III dərəcə döş nişanı, 12 avqust 2014-cü il tarixli əmrə əsasən “Gömrük orqanlarında xidmətə görə” II dərəcə döş nişanı, 24 yanvar 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. 

25 may 2012-ci il tarixində Komitə Sədrinin müvafıq əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı ilə, 27 may 2015-ci il tarixli əmrə əsasən “Gömrük xidməti əlaçısı” döş nişanı ilə təltif olunmuşdur. Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2016-cı il tarixli 1750 nömrəli Sərəncamına əsasən 3 –cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Ümumdünya Gömrük Təşkilatının Baş Katibi tərəfındən sertifikatlara layiq görülmüşdür.

Çoxlu sayda elmi məqalələrin müəllifidir.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az