AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 

 

Tel.: (+99412) 404-22-77
Fax.: (+99412) 404-22-80
E-mail:baba.salayev@customs.gov.az

Salayev Baba Hacıbaba oğlu

Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi,

gömrük xidməti polkovniki.


1 yanvar 1970-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1986-cı ildə Bakı şəhər 6 saylı orta məktəbi bitirmişdir.

1986-1987-ci illərdə “İdman” İstehsalat Birliyində fəhlə vəzifəsində işləmişdir.

1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuşdur.

1988-1989-cu illərdə Solneçnoqorsk şəhərində müddətli hərbi xidmətdə olmuşdur.

1992-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. 2002-2006-cı illərdə AR DİN-nin Polis Akademiyasında təhsil almış və “hüquqşünaslıq” ixtisası üzrə “hüquqşünas” peşəsinə yiyələnmişdir.

1992-2011-ci illər ərzində polis orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. 2008—2011-ci illərdə Qaradağ RPİ-nin 10-cu PB-nin rəis müavini vəzifəsində çalışmışdır.

2011-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi kimi gömrük orqanlarında fəaliyyətə başlamış və sonradan:

2013-2015-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin rəis müavini;

13 oktyabr – 29 dekabr 2015-ci ildə Balakən Gömrük İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2015-ci il dekabr ayından Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və bununla əlaqədar, bir sıra təltifləri olmuşdur.

Ailəlidir. 2 övladı var


 



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az