AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


Tel: (+99412) 404-22-40

e-poçt: senan.muxtarov@customs.gov.az


Muxtarov Sənan Əli oğlu

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hüquq şöbəsinin rəisi,

gömrük xidməti polkovniki.


1959-cu il iyul ayının 4-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanlı kəndində müəllim ailəsində anadan olmuşdur.

İlk əmək fəaliyyətinə 1976-cı ildə Bakı Şin Zavodunda başlamışdır.

1977-ci ilin noyabr ayından 1979-ci ilin noyabr ayınadək ordu sıralarında xidmət etmişdir.

Hərbi xidməti başa vurduqdan sonra 1990-cı ilin yanvar ayınadək həmin zavodda əmək fəaliyyətini davam etdirmişdir.

1990-cı ilin yanvar ayından 1992-cı ilin iyul ayınadək bir sıra idarə və təşkilatlarda hüquqşünas vəzifəsində işləmişdir.

1980-cı ildə istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1986-cı ildə qeyd olunan təhsil müəssisəsini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir.

1992-cı ilin iyul ayından Dövlət Gömrük Komitəsinin Hüquq şöbəsinin rəisi vəzifəsində işləyir.

Ailəlidir, 2 övladı var.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az