AZƏRBAYCAN RESPUBLİKASI
DÖVLƏT GÖMRÜK KOMİTƏSİ
 
  | | AZ | RU | EN       

Geri  
  Dostunuza göndərin
  Çap versiyası
  Baş səhifə
Saytın xəritəsi 


Tel.: (+99412) 404-22-50
Faks: (+99412) 404-22-51
E-poçt: rizvan.mustafayev@customs.gov.az

RİZVAN ABIŞ OĞLU MUSTAFAYEV

Gömrük xidməti polkovniki


 

1957-ci ildə Ağstafa rayonu Kirovka kəndində ziyalı ailəsində anadan olub.

Qazax rayonu Köhnəqışlaq kənd 8-illik və Tatlı kənd orta məktəbini bitirərək ali təhsil almaq və işləmək üçün 1974-cü ildə Bakı şəhərinə gəlmişdir.

Ali təhsilini Azərbaycan Mühəndis İnşaat İnstitutunda, Ali Komsomol Məktəbində, Marksizm-Leninizm Universitetində, Rusiya Federasiyasının Volqaətrafı Sosial-Siyasi İnstitutunda, Bakı Sosial-Siyasi İdarəetmə və Politologiya İnstitutunda almışdır.

Əmək fəaliyyətinə 1974-cü ildən Sənaye-Tikinti Nazirliyi sistemində fəhlə, çilingər kimi başlamış, 1976-78-ci illərdə hərbi xidmətdə olmuş, 1979-81-ci illərdə Avtomobil Yolları və Tikintisi Nazirliyi sistemində mühəndis, böyük mühəndis vəzifələrində işləmiş, 1981-90-cı illərdə Komsomol və Partiya orqanlarında-Bakı Metropolitenində Komsomol Komitə katibi, Nəsimi rayon Komsomol Komitəsinin təşkilat şöbəsində təlimatçı, şöbə rəisi, II katib və rayon Partiya Komitəsinin təşkilat şöbəsində fəaliyyət göstərmiş, 1992-97-ci illərdə Azəravtoyol Dövlət Şirkətində aparıcı mühəndis vəzifəsində çalışmışdır.

1997-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Komitə sədri yanında İnspeksiya şöbəsində baş inspektor, ümumi şöbənin rəisi, Daxili Təhlükəsizlik İdarəsinin (İnspeksiya İdarəsi) rəisi vəzifəsində xidmət etmiş, 2009-cu ildən DGK-nın İşlər İdarəsinin rəisi vəzifəsində xidmət göstərir. Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2005-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.



    Dostunuza göndərin       Çap versiyası        Baş səhifə      Saytın xəritəsi
  RSS   |   XƏBƏRLƏR   |   ŞƏKİLLƏR   |   QANUNVERİCİLİK   |   SUALLAR VƏ CAVABLAR

(c) 2015, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ünvan: AZ1073, Azərbaycan, Bakı, İnşaatçılar pr-ti, 2
Tel: (99412) 404-22-00
Faks: (99412) 404-22-17
E-mail: international@customs.gov.az