Frequently asked questions (FAQ)

Respublikamıza müvəqqəti idxal olunan mallardan gömrük vergi və rüsumları tutulurmu?

Müvəqqəti idxal rejimi altında gətirilən mal və ya nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 1998-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında müvəqqəti idxal (ixrac) edilən malların gömrük rüsumları və vergilərin ödənilməsindən tamamilə və ya qismən azad edilməsi Qaydaları»nda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Müvəqqəti idxal rejimi altında respublika ərazisinə gətirilən malların müvəqqəti idxal müddəti gömrük orqanları tərəfindən bir ilədək müəyyən olunduqda və həmin müddət başa çatdıqdan sonra malların geri aparılacağı barədə öhdəlik gömrük orqanına təqdim olunduqda, həmin mallardan gömrük rüsumları və vergiləri tutulmur.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş neçə kq ərzaq məhsulu güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları"nın 2.1.11-ci bəndinə müvafiq olaraq hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük s

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.7-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyrirezidentlər tərəfindən gömrük ərazisinə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 4.3-cü bəndinə müvafiq olaraq Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyrirezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək, bu müddətin uzadılmasına görə isə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmamaq şərtilə həmin şəxsin vizasında və ya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsində, yaxud əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən müddətə icazə verilir.

Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) rezidentlər tərəfindən gömrük ərazisinə müvə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 4.4-cü bəndinə müvafiq olaraq xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin rezidentlər tərəfindən gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə 1 (bir) ildən artıq olmayan müddətə icazə verilir və həmin avtonəqliyyat vasitələrinin müvəqqəti qeydiyyat müddəti artırılmır.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı həddlər daxilində poçt göndərişləri güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.4-cü bəndinə müvafiq olaraq beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı həddlər daxilində siqaret və alkoqollu içki güzəştli qaydada (gömrük ödənişlərini ö

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.10-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş hansı həddlər daxilində mallar içki güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrü

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları”nın 2.1.2-ci bəndinə müvafiq olaraq səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar stisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan sənədlər hansılardır?

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 263 saylı qərarının 2.5 və 2.6-cı bəndlərinə müvafiq olaraq malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün kağız üzərində yazılı və ya elektron formalarda gömrük bəyannaməsi ilə birgə aşağıdakı sənədlər gömrük orqanına təqdim edilməlidir:
xarici ticarətin həyata keçirilməsini təsdiq edən müqavilə və ya şəxsin mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənəd, yaxud istənilən digər sənəd;
malların və nəqliyyat vasitələrinin daşınması zamanı nəqliyyat növündən asılı olaraq nəqliyyat sənədləri.
gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla həyata keçirildikdə, şəxsdən ona müvafiq səlahiyyətin verilməsini təsdiq edən sənəd;
gömrük ödənişlərinin ödənilməsi nəzərdə tutulduqda, onun ödənilməsini və ya gömrük borcuna görə təminatın verilməsini təsdiq edən sənəd;
idxal olunan malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənəd;
etil (yeyinti) spirtinin və alkoqollu içkilərin, tütün məmulatlarının idxalı və ya prekursorların idxalı, tranziti və ixracı zamanı xüsusi razılıq sənədi (lisenziya);
gömrük ərazisində məcburi sertifikatlaşdırılmalı olan mallar gömrük ərazisinə idxal edildikdə, uyğunluq sertifikatı;
dövlət baytarlıq nəzarətində olan mallar gömrük ərazisinə idxal edildikdə, baytarlıq sertifikatı;
yeyinti məhsulları gömrük ərazisinə idxal edildikdə, gigiyena sertifikatı;
bitki və bitkiçilik məhsulları gömrük ərazisinə idxal edildikdə, idxal karantin icazəsi, ixrac edildikdə isə fitosanitar sertifikatı;
yeyinti məhsulları Avropa İttifaqı ölkələrinə

Qısa idxal bəyannamələri hansı hallarda tərtib olunur?

"Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 263 saylı qərarının 10-cu maddəsinə müvafiq olaraq qısa idxal bəyannamələri aşağıdakı hallarda tərtib olunur.
gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

Malların müvəqqəti idxal proseduru altında yerləşdirilmə müddəti nə qədərdir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmişdir Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarının 6.2-ci bəndinə müvafiq olaraq malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.Həmin qaydaların 6.3-cü bəndinə əsasən müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti 12 (on iki) aya qədər uzadır. Sözü gedən qaydaların 6.7-ci bəndində müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddətin başa çatmasınadək həmin malların təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməli olduğu göstərilmişdir.

. Rezident və qeyri rezident fiziki şəxslər hansı miqdarda xarici valyutanı Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər?

Azərbaycan Respublikasının Mərkəzi Bankının 03 mart 2016-cı il tarixli 16/1 saylı qərarı ilə təsdiq edilmiş Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması Qaydalarının 2.2-ci bəndinə müvafiq olaraq Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.

Malların gömrük dəyərinə hansı hallarda düzəliş edilə bilər?

Azərbaycan Respublikası Gömrük məcəlləsinin 221-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

ƏDV üzrə gömrük borcu necə hesablanır?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləğinin hesablanması qaydasının təsdiq edilməsi barədə” 7 may 2012-ci il tarixli 96 No-lu qərarının 3.3 bəndinə müvafiq olaraq malların gömrük rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş gömrük dəyərini - «D», aksiz vergisini - «A», gömrük rüsumlarını - «R», qüvvədə olan vergi dərəcəsini isə - «V» hərfi ilə işarə etsək, onda ƏDV-nin məbləği aşağıdakı qaydada hesablanacaqdır: ƏDV= (D+A+R)xV/100

Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmamasına görə fiziki şəxslər hansı məsuliyyətə cəlb olunurlar?

Azərbaycan Respublikası İnzibati xətalar məcəlləsinin 499.1-ci bəndinə müvafiq olaraq fiziki şəxslər Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni:
on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə yüz əlli manat məbləğində;
on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə üç yüz manat məbləğində bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə;
üç aydan bir ilədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin iyirmi faizindən əlli faizinədək məbləğdə bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir.
Həmin məcəllənin 499.2-ci maddəsinə əsasən Aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsa

Elektron gömrük xidmətinin göstərilməsinə görə nə qədər gömrük yığımı alınır?

"Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 No-lu qərarının 2.4-cü bəndinə müvafiq olaraq Malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında tam yerləşdirilməsini nəzərdə tutan bütün növ gömrük bəyannamələrinin hər vərəqi üçün elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat məbləğində gömrük yığımı alınır.

Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarları, hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı şikayətlərə hansı müddətdə baxılır?

Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün uzadılır.

Gömrük orqanlarına təqdim olunan sənədlər hansı dildə olmalıdır?

Azərbaycan respublikası Gömrük Məcəlləsinin 72-ci maddəsinə uyğun olaraq xarici dildə olan sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.

Malların rəsmiləşdirilməsi harada aparılır?

Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 106-cı maddəsinin 1-ci bəndinə müvafiq olaraq Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır. Həmin maddənin 3-cü bəndinə əsasən gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə aparıla bilər. Maddənin 4-cü bəndi müvafiq icra hakimiyyəti orqanının malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilməsini ehtiva edir.

Kimlər gömrük orqanlarına xidmətə qəbul üçün keçirilən müsabiqədə iştirak edə bilməz?

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin 1.5-ci bəndinə müvafiq olaraq İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edilə bilməzlər. Bir qayda olaraq müvafiq ali təhsilə malik olmayan, yaşı 30-u keçmiş vətəndaşlar gömrük orqanlarında xidmətə qəbul edilmirlər. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar gömrük orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Malların saxlancına görə gömrük yığımları alınırmı?

Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 No-lu qərarının 6-cı maddəsinə müvafiq olaraq:
xüsusi saxlanc şəraitini tələb etməyən hər 100 kiloqram (brutto çəki) malların 24 saat ərzində saxlanılmasına görə - 0,2 manat;
xüsusi saxlanc şəraitini tələb edən hər 100 kiloqram (brutto çəki) malların xüsusi avadanlıqla təchiz edilmiş anbarlarda 24 saat ərzində saxlanılmasına görə - 0,5 manat məbləğində gömrük yığımı ödənilir.