Single Automated Management System (VAIS)

Azərbaycan Respublikası Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi

(VAİS)

Gömrük orqanlarında VAIS-in tətbiqinin əsas məqsədi "kağızsız texnologiya" əsaında aşağıda göstərilən məsələlərin həllinə nail olmaqdır:

-gömrük orqanları tərəfindən dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin qeydiyyatının aparılması;

-gömrük ərazisinə gətirilən mal və nəqliyyat vasitələrinin təyinat yerlərinə çatdırılmasına elektron qaydada nəzarət edilməsi;

-Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti prosesinin asanlaşdırılması və nəzarət zamanı müvafiq informasiya ilə təmin edilməsi;

־Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin baytarlıq, fitosanitar və sanitar karantin normalarına uyğunluğuna sənədlər əsasında avtomatlaşdırılmış qaydada nəzarət edilməsi;

־beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə yol vergilərinin tətbiq edilməsi, «İcazə» blanklarının verilməsi və buna görə «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğlərdə tutulan dövlət rüsumu və vergilərinin mərkəzləşdirilmiş uçotunun aparılması;

־Azərbaycan Respublikasının dövlət sərhədinin gömrük keçid məntəqələrinin buraxılış qabiliyyətinin artırılması;

־dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələriningömrük rəsmiləşdirilməsinin kağızsız texnologiya əsasında həyata keçirilməsi;

־dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələriningömrük rəsmiəşdirilməsinə elektron üsullarla nəzarət edilməsi;

־gömrük rüsum və yığımlarının və vergilərin elektron qaydada həyata keçirilməsi;

־gömrük hüquqpozmalarına dair qeydiyyatın elektron qaydada aparılması;

־risklərin avtomatlaşdırılmış qaydada idarə edilməsi;

־sənəd dövriyəsinin elektron qaydada həyata keçirilməsi;

־kadrlarla işin elektron idarə edilməsi;

־müəssisənin resusrslarının elektron idarə edilməsi;

־malların sərhəd keçidi və gömrük rəsmiləşdirilməsi prosesində birbaşa və ya dolayısı ilə iştirak edən qurumlarla məlumat mübadiləsini aparılması;

־digər dövlətlər ilə gömrük məsələlərinə, o cümlədən qarşılıqlı idxal-ixrac əməliyyatlarına dair məlumat mübadiləsinin həyata keçirilməsi;

־bank və logistika fəaliyyəti həyata keçirən qurumlar və xarici ticarət iştirakçıları üçün elektron xidmətlərin göstərilməsi;

־dövlət idarəetmə orqanlarının gömrük əməliyyatlarına dair məlumatlarla təmin edilməsi.