Import of Automobiles

Azərbaycan Respublikası ərazisinə idxal olunan yüngül minik vasitələri haqqında məlumat

Ölkə ərazisinə gətirmək istədiyiniz avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur.

AZƏRBAYCAN RESPUBLİKASI ƏRAZİSİNƏ İDXAL EDİLƏN YÜNGÜL MİNİK NƏQLİYYAT VASİTƏLƏRİNƏ ŞAMİL OLUNAN GÖMRÜK ÖDƏNİŞLƏRİNİN HESABLANMASI QAYDALARI (XİF MN-8703 qrupuna aid olanlar)


Calculation of customs payments
* Ulduzla qeyd olunmuş xanaları doldurun!
Currency of USD: 1$ = 1.7001 AZN




Vətəndaşların nəzərinə!

Azərbaycan Respublikasının Gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin gömrük qiymətləndirilməsi (dəyərləndirilməsi) Azərbaycan Respublikasının 13 iyun 2013-cü il tarixli "Gömrük Tarifi haqqında" Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 1998-ci il tarixli 7 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən çıxarılan malların gömrük qiymətləndirilməsi sisteminin tətbiqi Qaydaları"na, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.

Nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı qanunvericilik aktları ilə tanış olmaq üçün aşağıdakılardan birini seçin:

 
Yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərinə əsasən mallar (o cümlədən mal qismində gətirilən nəqliyyat vasitələri) deklarant tərəfindən gömrük orqanlarına bəyan edilir.

Deklarant tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti təyin oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
 

Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması