Recruitment

Diqqət!

Dövlət Gömrük Komitəsində təşkil olunacaq işə qəbulla bağlı imtahanda iştirak etmək üçün bitki karantn, sanitar karantin, baytar və oxşar ixtisaslara məxsus ali təhsilli namizədlər sənədlərini Dövlət Gömrük Komitəsinə (ünvan: İnşaatçılar prospekti 2, Bakı şəhəri) təqdim edə bilərlər.

Gömrük orqanlarında keçiriləcək test imtahanlarında iştirak etmək istəyən vətəndaşların nəzərinə!

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli qanunu ilə təsdiq edilmiş "Gömrük Orqanlarında Xidmət haqqında əsasnamə"-nin 12-ci maddəsinin 4 bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli fərmanı ilə təsdiq edilmiş " Gömrük orqanlarında xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi" qaydalarının 1.5 bəndinin 4-cü yarımbəndinə əsasən yuxarıda qeyd olunan normativ aktlarla müəyyən edilmiş digər sənədlərlə birlikdə " müvafiq təhsilə malik olmasını təsdiq edən sənədi" (DİPLOM) Dövlət Gömrük Komitəsinə təqdim etməlidirlər.