Appeals Council

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı Komitəsinin və onun struktur qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Apellyasiya Şurası öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu və Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"ni və Dövlət Gömrük Komitəsi sədrinin 5 fevral 2016-cı il tarixli 100/022 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Apellyasiya Şurası haqqında Əsasnamə"ni rəhbər tutur.

Apellyasiya Şurasının sədri - Rza Həsənəliyev, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general leytenantı

Apellyasiya Şurasının Katibliyinin rəhbəri - Elçin Hüseynzadə, Dövlət Gömrük Komitəsinin İşlər İdarəsinin Ümumi Şöbəsinin rəisi, gömrük xidməti polkovniki


Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Dövlət Gömrük Komitəsinin e-poçt: apellyasiya.shurasi@customs.gov.az ünvanına göndərilməlidir.
Telefon:
+99412 539-25-92
Fax:
+99412 404-22-52
Bizə yazın: