Elanlar!!!



Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı
   Son vaxtlar Dövlət Gömrük Komitəsinə məktubla, elektron formada, rəsmi qəbul günləri və regionlarda vətəndaşların qəbulu zamanı edilən müraciətlərin əsas hissəsi gömrük orqanlarına işə qəbulla bağlıdır. Dəfələrlə istər elektron kütləvi informasiya vasitələrində, istərsə də yazılı mətbuatda gömrük orqanlarına işə qəbulla bağlı qanunvericiliyin tələbləri barədə mütəmadi məlumatlar yerləşdirilsə də, bu növ müraciətlərin ardı-arası kəsilmir. Bir daha xatırladırıq ki, gömrük orqanlarına işə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2010 tarixli, 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları"na əsasən, hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində, şəffaf üsullarla gerçəkləşən müsabiqə əsasında həyata keçirilir. Müsabiqəyə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin tələblərinə cavab verən vətəndaşlar buraxılırlar. Gömrük orqanlarının hüquq-mühafizə orqanları statusuna malik olduğunu nəzərə alaraq, qeyd edilən əsasnaməyə uyğun olaraq yaşı 30-u keçməmiş, həqiqi hərbi xidmətdə olan və müvafiq ali təhsilə (gömrük işinin təşkili, hüquqşünaslıq, iqtisadiyyat, maliyyə və s.) malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqədə iştirak edə bilərlər. Müraciətlərdən isə aydın görünür ki, gömrük orqanlarında xidmət etmək üçün müraciət edənlər arasında yaş həddini aşanlar və qeyri-ixtisas sahibləri (musiqi, rəssamlıq, filologiya, kitabxanaçılıq və s.) çoxluq təşkil edir. Bu kimi ixtisaslar isə gömrük profilinə uyğun deyil. Dövlət Gömrük Komitəsi gömrük orqanlarında işə qəbulla bağlı müraciət edən vətəndaşlara bir daha bildirir ki, bu barədə Komitənin rəsmi internet səhifəsindən ətraflı məlumat əldə etmək mümkündür və həmin məlumatda nəzərdə tutulan kriteriyalara uyğun şəxslərin müraciət etməsi tövsiyə olunur. Həmçinin, gömrük orqanlarında xidmətə qəbulla əlaqədar test imtahanlarının keçirildiyi tarix və yer barədə də Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsindən məlumat əldə etmək olar.
DGK Mətbuat Xidməti










   Xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-nin 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddəti bitmədən avtonəqliyyat vasitəsini müvəqqəti gətirən və ya tranzit qaydada keçirən qeyri-rezident ölkə ərazisini tərk etdikdə avtonəqliyyat vasitəsini Azərbaycan Respublikası üzrə fəaliyyət zonalarına aid olan müvafiq ərazi gömrük idarələri üzrə gömrük nəzarəti altında aşağıdakı ünvanlarda saxlaya bilər.

Ünvan: Hava Nəqliyyatında Baş Gömrük İdarəsi AZ1044, Bakı şəh.,Binə qəs.,Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Tel: (+994 12) 404-22-00

Ünvan: Bakı şəhər Baş Gömrük İdarəsi AZ1063, Bakı şəh.,Səbayıl ray., Salyan şos.,14 Tel: (+994 12) 404-22-00

Ünvan: Avtonəqliyyat Gömrük idarəsi AZ1063, Bakı şəh.,Lökbatan qəs.,Xocahəsən yolu.,57 Tel: (+994 12) 404-22-00

Ünvan: Sumqayıt Baş Gömrük idarəsi AZ5000, Sumqayıt şəh.,Sülh küç.,1 Tel: (+994 12) 404-22-00

Ünvan: Gəncə Gömrük İdarəsi AZ2018, Gəncə şəh.,Abbas Səhhət küç.,44 Tel: (+994 12) 404-22-00

Ünvan: Astara Gömrük idarəsi AZ0700, Astara şəh.,Azərbaycan küç.,1 Tel: (+994 12) 404-22-00

Ünvan: Lənkəran Gömrük postu AZ4200, Lənkəran şəh.,Fizuli küç.,57 Tel: (+994 12) 404-22-00

Ünvan: Şirvan Gömrük idarəsi AZ1800, Şirvan şəh.,Naxçıvan pros.,1/6 Tel: (+994 12) 404-22-00

Ünvan: Yevlax Gömrük idarəsi AZ6600, Yevlax şəh.,Bakı pros.,28 Tel: (+994 12) 404-22-00

Ünvan: Qəbələ Gömrük postu AZ3600, Qəbələ şəh.,Elçin Kərimov küç.,37 Tel: (+994 12) 404-22-00

Ünvan: Xudafərin Gömrük idarəsi AZ1216, Beyləqan ray.,Daşburun qəs.,Birinci Şahsevən kəndi Tel: (+994 12) 404-22-00

Ünvan: Balakən Gömrük İdarəsi Mazımçay Gömrük Postu AZ0833 Balakən rayonu Mazımqara kəndi Tel: (+994 12) 404-22-00

Ünvan: Tovuz Gömrük İdarəsi Sınıq Körpü Postu AZ6011 Qazax rayonu 2-ci Şıxlı kəndi Tel: (+994 12) 404-22-00

Ünvan: Xaçmaz Gömrük idarəsi Samur Gömrük Postu AZ3831 Qusar, Samur, Bakı-Quba-Rusiya yolu Tel: (+994 12) 404-22-00


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi .