Covid-19


1.Gömrük sərhəd buraxılış məntəqələrində, ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində xidmət aparan əməkdaşların koronavirus (COVİD-19) infeksiyasına yoluxma riskinin azaldılması məqsədilə müvafiq fərdi mühavizə vasitələri və digər ləvazimatlarla (termometrlər, əlcək, tibbi maskalar, qoruyucu geyim və dezinfeksiyaedici vasitələr) təmin edilməsi işinin təşkili.

2.Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan sualların cavablandırılması məqsədilə fasiləsiz iş rejimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Çağrı mərkəzində "Qaynar xətt"in fəaliyyəti davam edir.
Gömrük əməkdaşlarının fəaliyyət göstərdiyi, həmçinin vətəndaşların və nəqliyyat vasitələrinin kütləvi keçdiyi ərazilər, eləcə də yoluxma riski olan digər yerlər mütəmadi olaraq dezinfeksiya olunur.

4.Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin tərkibində fəaliyyət göstərən "PZR" laboratoriyasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatının bütün struktur bölmələrinin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Ərazi və İxtisaslaşdırılmış Gömrük İdarələrinin əməkdaşlarının koronavirus (COVİD-19) testlərinə cəlb olunmasının təşkili.

5.Koronavirus "Covid-19" infeksiyasına yoluxmuş gömrük əməkdaşları ilə təmasda olan digər gömrük əməkdaşları barədə məlumatların, onların müayinədən keçirilmə tarixi və nəticələrinə dair məlumatların aidiyyəti üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ötürülməsi.

6.Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədovun 18.07.2020-ci il tarixli, 10/763 nömrəli göstərişi ilə daxil olmuş "Xüsusi karantin rejimi dövründə dövlət orqanlarında (qurumlarında) koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sanitariya-epidemioloji və profilaktik Tələbləri"nə əsasən, eyni zamanda koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində aparılan tədbirlərin daha da gücləndirilməsinə ciddi nəzarət edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aparatının bütün struktur bölmələrinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Ərazi və İxtisaslaşdırılmış Gömrük İdarələrinə müvafiq qaydada göstəriş məktubları göndərilmişdir.

7.Koronavirus (COVİD-19) infeksiyasının yayılmasına qarşı profilaktik tədbirlərin aparılması çərçivəsində gömrük sərhəd buraxılış məntəqələrindən keçən şəxslərin və gömrük əməkdaşlarının məlumatlandırılması və təlimatlandırılması üçün nəzərdə tutulmuş, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında posterlər hazırlanmış və gömrük sərhəd buraxılış məntəqələrinə göndərilmişdir.


Şəxsi heyətin qripdən və Koronavirusdan qorunma təlimatı