Qazma avadanlığının hissələri yerinə məişət texnikası çıxdı
26-Noyabr-0201 1736

Şirvan Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Çin Xalq Respublikasından ölkəmizə gətirilən yüklərə baxış keçirilib.

Neft sahələrində yer və tunel qazan avadanlıq hissələri kimi bəyan edilən həmin yüklərə baxış zamanı bəyan edilməyən və yük müşayiətedici sənədlərdə əksini tapmayan xeyli sayda məişət texnikası - 4 ədəd böyük ölçülü LED televizorlar, 10 ədəd split kondisionerlər, sensorlu müasir caydan dəstləri, sensorlu mətbəx qazanları, 2 ədəd soyuducu tipli dezinfeksiya aparatı, 20 ədəd ipək yataq dəsti və digər çoxsaylı mallar aşkar edilib. Aşkara çıxarılan mallar konteynerin arxa tərəfindəki metal avadanlıqların alt hissəsində, xüsusi hazırlanmış taxta yeşiklərdə olub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti