Mobil telefonlar və aksesuarları aşkar edilib
18-Noyabr-0201 1337

Tovuz Gömrük İdarəsinin Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobilin qabaq oturacaqlarının altındakı sandıqçalarda, əvvəlcədən gömrük nəzarətinə bəyan olunmayan 1 ədəd "Samsung Galaxy J1 mini" və 4 ədəd "Samsung Galaxy J3" markalı mobil telefonlar, eyni zamanda, mobil telefonlara aid aksesuarlar - 1 ədəd USB kabel, 4 ədəd qidalandırıcı cihaz, 5 ədəd telefon qutusu, 6 ədəd "qulaqcıq" aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti