Ban nömrəsi beynəlxalq axtarışda olan nəqliyyat vasitəsi saxlanılıb
30-May-2018 1528

Avtonəqliyyat Baş Gömrük İdarəsində Gürcüstandan Azərbaycana gətirilən "Lexus RX200T" markalı avtomobilə risk analizləri nəticəsində baxış keçirilib.

Yoxlama zamanı, 2017-cı ildə istehsal olunan həmin nəqliyyat vasitəsinin ban nömrəsinin İnterpol bazasında beynəlxalq axtarışda olan avtomobilə aid olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti