Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
29-Oktyabr-2018 745

Oktyabrın 29-da bir sıra kütləvi informasiya vasitələrində Azərbaycandan Rusiya Federasiyasına gedən yük nəqliyyat vasitələrinin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılması barədə məlumatlar yayılıb.

Dövlət Gömrük Komitəsi bildirir ki, Azərbaycan-Rusiya sərhədində nəqliyyat vasitələrinin və sərnişinlərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur və gömrük-sərhəd buraxılış məntəqəsi gündəlik iş rejimində fəaliyyətini davam etdirir.

Hazırda Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycandan gedən avtomobillərin bu ölkənin ərazisindəki gömrük terminalında saxlanılmasının səbəblərinin araşdırılması məqsədilə danışıqlar aparır və məsələnin müsbət həlli istiqamətində bütün zəruri addımlar atılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi