Avtomobildən 61 ədəd mobil telefon aşkarlanıb (FOTO, VİDEO)
13-Noyabr-2018 355

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşına məxsus "VAZ 211440" markalı avtomobil saxlanılıb.

Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin salonunda - sağ ön oturacağın ayaqaltında düzəldilmiş xüsusi saxlanc yerində 20 ədəd üzərində "X-inova", 17 ədəd "Kgtel" və 24 ədəd üzərində "Fuua" yazılmış mobil telefonlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi