Burnunda heroin daşıyan şəxs saxlanılıb
08-Dekabr-2018 403

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama nəticəsində üzərində gömrük nəzarətindən gizlədilən hər hansı əşya aşkar edilməyən şəxsə daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurətinin yarandığı bildirilib. Bu zaman gömrükçülərin şübhələri təsdiqini tapıb və həmin şəxs burnunda narkotik vasitə gizlətdiyini etiraf edib. Yoxlama zamanı həmin şəxsin burnundan, qablaşdırma ilə birlikdə ümumi çəkisi 1,15 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi